Accessibility links

Tunisdə islamçı hökumətə qarşı ictimai dirəniş güclənir [Video]


Tunisdə siyasi qarşıdurma şiddətlənir
please wait

No media source currently available

0:00 0:03:09 0:00
Tunisin son zamanlar üzləşdiyi siyasi durum və hökumətə qarşı etiraz nümayişləri ölkədə vəziyyətin gərginləşməsinə səbəb olub. Təhlilçilər ehtiyat edirlər ki, böhran bu yaxınlarda 10 əsgəri qətlə yetirən İslamçı ekstremistləri bir qədər də radikallaşdıra bilər.

Paytaxt Tunisin civarındakı Ettadamən qəsəbəsi. İşzilik artır, qiymətlər sürətlə qalxır.
Əbdüləziz Cibali Mobil telefon dükanında satıcıdır. “Müxalifət uzun illər azadlıqdan və demokratiyadan danışdı. Lakin indi xalq onların öz prinsiplərindən uzaqlaşdıqlarını və illərdir verdikləri sözə əməl etmədiklərini görür. Onlar yalnız İslamçılar hakimiyyətə gəldikləri üçün legitimliyə qarşı çıxırlar.” - deyə, o bildirir.

Ölkənin siyasi dalana dirənməsi üzündən bir neçə həftəyə Konstitutsiyanı təsdiqləməyə hazırlaşan Milli Vətəndaş Assambleyası işini dayandırmalı oldu. On minlərlə insan paytaxt küçələrinə çıxaraq, hökumətin başçılıq etdiyi Ennahdanın devrilməsinə çağırdı.

Anti-hökumət nümayişçi Saleh: “Tunis xalqı rüşvətxorluq və qətllərdə əli olan Ennahdanın, ümumiyyətlə Ennahda hökumətinin əleyhinədir.”

Ennahda əleyhdarları bu partiyanı müxalifət lideri Məhəmməd Brahiminin qətlində ittiham edir. Lakin Ennahda bu qətldə əli olmadığını deyir. Bu qətlədə şübhəli bilinən İslamçı həbs edilib.

Artıq bir neçə həftədir İslamçı yaraqlıların Əlcəzairlə sərdəh bölgələrində hücumları qeydə alınıb ki, bu da Ennahdanın zorakılıqların qarşısını almaq üçün heç bir ölçü götürmədiyini deyən xalqın narazılığına səbəb olub.

Chatham House siyasət institutundan Maha Əzzam buna bəznər ittihamların vaxtilə sabiq diktatora qarşı da irəli sürüldüyünü deyir. “Bu, İslamçılara, eləcə də hərbçilərə, avtoritar rejimlərə qarşı istifadə edilən köhnə metoddur.”

Əzzam Misirdə president Məhəmməd Mursinin təmsil etdiyi Müəlman Qardaşlarının hakimiyyətdən devrilməsinin Tunis müxalifətinə ilham verdiyini deyir. “Onlar cəmiyyətdəki parçalanmalardan istifadə edərək demokratiyanın işləmədiyini sübut etməyə çalışırlar.”

Tunisin Manuba universitetindən professor Alaya Allkani İslamçılar tərəfindən terrorun artdığını deyir. “Əlcəzair hökuməti Tunislə sərhədə 16 min qüvvə yerləşdirməyi planlaşdırır. Bu isə cihad fenomeninin artması, bütövlükdə Şimali Afrika regionunda stabilliyə və təhlükəsizliyə hədənin artmasına işarədir.”

Tünis daxilində siyasi böhranın davam etməsinə baxmayaraq, ölkə rəhbərliyi Əlcəzair hökuməti ilə təhlükəsizlik sahəsində müəyyən razılıqlar əldə edə bilib.
XS
SM
MD
LG