Accessibility links

Mühacir fəal: "Düşünməmişdik ki, bu qədər əclaflığa gedə bilərlər" [Video-Müsahibə]


Mühacir fəal: "Biz düşünməmişdik ki, bu qədər əclaflığa gedə bilərlər"
please wait

No media source currently available

0:00 0:07:52 0:00

Berlində Azərbaycan səfirliyinin qarşısındakı etiraz aksiyası zamanı hücuma məruz qalan Tural Sadıqlı Amerikanın Səsinə danışır

Aprelin 11-ində Avropa yaşayan bir qrup azərbaycanlının Berlin şəhərində yerləşən Azərbaycan səfirliyinin qarşısında növbədənkənar prezident seçkiləri ilə əlaqədar keçirilən aksiya zamanı Tural Sadıqlıya qarşı hücum baş verib.

Mitinqin təşkilatçılarından olan Tural Sadıqlı Amerikanın Səsinə verdiyi müsahibədə bildirib ki, aksiyanın sonuna yaxın üç nəfər tanımadığı insan ona hücum edib. Siyasi fəal əlavə edir ki, o anda polislərə səslənsə də həmin insanlar dayanmadan onun üzərinə gəliblər.

“Həmin an artıq bildim ki, bunlar sui-qəsd planlaşdırırlar. Buna görə də dərhal polislərə tərəf qaçmağa başladım. Onlar da mənim arxamca qaçmağa başladılar və birinin əlində də bıçaq var idi. Polislərin yanına çatanda isə polislər onları zərərsizləşdirə bildilər.

Qumbatov Temuri (Fotonu Tural Sadıqlı göndərib)
Qumbatov Temuri (Fotonu Tural Sadıqlı göndərib)

Tural Sadıqlı ondan ilkin izahat alındığını qeyd edib. Polis tərəfindən saxlanılan hər üç şəxsin Gürcüstan vətəndaşı olduğunu bildirən fəal onlardan birinin pasportunun şəklini çəkməyə müvəffəq olduqlarını qeyd edib.

“Tutulanlardan biri 1992-ci il təvəllüdlü Qumbatov Temuridir. Gürcüstan vətəndaşıdır və heç bir Almaniya sənədi yoxdur. Bunları ordan birbaşa bu iş üçün göndərtdiriblər.”

Fikirləriniz

Show comments

XS
SM
MD
LG