Accessibility links

Türkiyə-Ermənistan sərhədi 35 ildən sonra ilk dəfə açılıb


Türkiyə-Ermənistan sərhədi
Türkiyə-Ermənistan sərhədi

Türkiyə və Ermənistan arasındakı sərhəd zəlzələ bölgəsinə humanitar yardımın çatdırılması səbəbilə 35 ildən sonra ilk dəfə açılıb. Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılış fevralın 11-də Ermənistan-Türkiyə sərhədini keçən yadım karvanının şəkillərini paylaşıb.

Kılıç rəsmi Twitter hesabında “Zəlzələdən dərhal sonra 28 nəfərlik komanda və texniki avadanlıqlardan əlavə Ermənistan xalqının 5 TIR dolu 100 tonluq ərzaq, su və dərmandan ibarət təcili yardım paketi də bu səhər Alican sərhəd qapısından keçərək Adıyaman istiqamətində yola düşüb. Təşəkkürlər @RubenRubinyan, təşəkkürlər Ermənistan” yazıb.

Türkiyə və Ermənistan arasındakı sərhəd 1988-ci ildən bəri bağlıdır.

Aralarında 1993-cü ildən etibarən diplomatik əlaqələrin olmadığı Ermənistanla Türkiyə arasında ötən il yanvarın 14-dən bəri birbaşa danışıqlar başlayıb. Ötən ilin fevral ayından başlayaraq isə iki ölkə arasında aviareyselər həyata keçirilir. Bundan öncə 2009-cu ildə əlaqələrin normallaşması prosesini başlatmaq cəhdləri uğursuz olub.

XS
SM
MD
LG