Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakan 85 yaşında dünyasını dəyişib. Baş nazir Rəcəb Tayyib Ərdoğan cənab Ərbakanı müəllim və lider adlandıraraq, onun xatirəsinin daim yaşayacağını bildirib.
1969-cu ildə böyük siyasətə gəlmiş Nəcməddin Ərbakan 1995-ci ildə Türkiyənin baş naziri olmuşdu. 1997-ci ildə Türkiyə hərbi qüvvələri baş nazir Ərbakanı hakimiyyətdən getməyə məcbur etmişdi. 1998-ci ildə onun Səadət partiyasının fəaliyyəti qadağan edilmişdi.