Accessibility links

Qaziantep qurbanları dəfn edilir [Video]


Qaziantep qurbanları dəfn edilir
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Türkiyə keçən şənbə günü toy mərasimində həyata keçirilən intiharçı hücumu zamanı ölən 51 nəfərin dəfninə başlayıb. Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğan hücumun arxasında çox guman ki, İslam Dövləti qrupunun durduğunu deyir. Lakin insanlar 30 ildən çoxdur kürd ösyançıları ilə mübarizə aparan hökuməti günahlandırır. Yüzlərlə insan zorakılığa son qoyulması tələbi ilə bazar günü İstanbul küçələrinə çıxıb.

Hadisədən bir gün sonra, bazar günü biri uşaq olmaqla Qaziantep şəhərində onlarla insan dəfn edilib. Rəsmilər hadisə qurbanlarının çoxunun bədən hissələrinin müəyyən edilməsi üçün vaxt lazım olduğunu bildirib.

Şənbə günü kürdlərin toy mərasimi zamanı baş vermiş bomba hücumu 50-dən çox insanın ölümünə, 70 nəfərin yaralanmasına səbəb olub. İntiharçı toyda iştirak edən qonaqlarla birlikdə küçədə rəqs edib və sonradan əldəqayırma bombanı işə salıb.

Prezident Ərdoğan partlayışı törədənin 12-14 yaşlarında uşaq olduğunu və İslam Dövləti qrupunun adından hərəkət etdiyini deyib.

Kürd döyüşçülər İslam Dövləti qrupunun Suriyada ələ keçirdiyi bəzi əraziləri geri alıb. Türkiyə hökuməti ölkədəki kürd üsyançılarla Suriyada müstəqil dövlət yaratmaq istəyən kürdlər arasında mümkün əlaqələrə görə narahatdır.

Prezident Ərdoğan Qaziantepdəki kimi belə hücumların məqsədinin Türkiyədə ərəblər, kürdlər, türkmənlər və digər qruplar arasında parçalanma yaratmaq olduğunu deyib. Lakin türklərin çoxu onu ölkədə sülhü qorumamaqda ittiham edir.

Keçən ay Türkiyə hökumətinə qarşı hərbi çevriliş cəhdi onu göstərir ki, ölkədə artan narahatlıqlarda yalnız İŞİD və ya kürd üsyançılarını ittiham etmək olmaz.

XS
SM
MD
LG