Accessibility links

Türkiyə hökuməti İnternetə nəzarəti artırır


Türkiyə parlamenti hökumətin İnternetə nəzarətini artıracaq qanunu təsdiq edib. Yekun təsdiq qazandıqdan sonra qanun istifadəçilərin son 3 il ərzindəki fəaliyyətləri barədə hökuməti məlumatlandıracaq.

Qanun dünən baş nazir Receb Tayyib Ərdoğanın hakim partiyasının 550 yerdən 319-na sahib olduuı parlamentdə asanlıqla təsdiq edilib.

Qüvvəyə minməsi üçün sənəd prezident Abdulla Gül tərəfindən imzalanmalıdır.

Qanun hökumətə məhkəmə hökmü olmadan veb səhifələri bağlamaq səlahiyyəti verəcək.

Müxalifət liderləri və mətbuat azadlığı müdafiəçiləri bu ölçünü Türkiyədə ifadə azadlığının boğulması sahəsində növbəti addım adlandırır.

Jurnalistlərin Müdafiəsi Komitəsi qanunu jurnalistlərin ən çox həbs edildiyi ölkədə internet avtoritarizminə keçid kimi qiymətləndirir.
XS
SM
MD
LG