ABŞ və İraqın müdafiə nazirliklərinin rəsmiləri bu gün Türkiyə təhlükəsizlik rəsmilərilə ayrı-ayrılıqda görüşlər keçirirlər. ABŞ-ın İraqdakı baş komandanı general Lloyd Ostin Ankarada Türkiyənin hərbi nümayəndə heyəti və Türkiyənin daxili işlər nairi Beşir Atalayla görüşür. Görüşdə Kürdüstan Fəhlə partiyası PKK-nın fəaliyyətlərinin qarşısının alınması səylərinin müzakirə olunduğu bildirilir. Bu arada, İraqın müdafiə naziri Əbdül Qadir əl-Übeydi türk həmkarıVecdi Gönüllə Türkiyənin İraqda kürd yaraqlılarını hədəf alan sərhəd boyu əməliyyatlar aparmasına imkan verən planı müzakirə edib. Bu ilin aprel ayında keçirilən görüşdə hər üç ölkə PKK terrorizminə qarşı mübarizədə əzmkarlıqlarını bir daha təkrar etmişdilər.