Accessibility links

Türkiyədə ordu, hava və dəniz qüvvələri rəhbərləri əvəz edilib


Türkiyədə ordu, hava və dəniz qüvvələri rəhbərləri əvəz edilib.

Medianın bildirdiyinə görə, əvəz etmələr ötən ilə çevriliş cəhdindən sonra silahlı qüvvələrdəki dəyişikliklərin sonuncusudur.

Qərar baş nazir Binəli Yıldırımın başçılıq etdiyi Ali Hərbi Şuranın görüşündən sonra verilib və təsdiq olunması üçün prezident Ərdoğana təqdim edilməlidir.

Quru qüvvələrinin komandiri Salih Zeki Çolağı jandarmeriya qüvvələrinin rəhbəri Yaşar Güler, dəniz qüvvələrinin komandiri Bülent Bostanoğlunu vitse-admiral Adnan Özbal, hava qüvvələrinin komandiri Abidin Ünalı general Həsən Küçükakyüz əvəz edəcək.

Şuranın görüşü adətən ildə bir dəfə keçirilir. Lakin çevriliş cəhdindən sonra qurum artıq 3 dəfə bir araya gəlib.

İndiyədək 586 polkovnik istefaya göndərilib.

XS
SM
MD
LG