Accessibility links

Baş nazir Ərdoğan 1930-cu illərdə kürdlərin qətllərinə görə üzrxahlıq edib


Baş nazir Ərdoğan 1930-cu illərdə kürdlərin qətllərinə görə üzrxahlıq edib
Baş nazir Ərdoğan 1930-cu illərdə kürdlərin qətllərinə görə üzrxahlıq edib

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan 1930-cu illərdə kürdlərin üsyanı zamanı 14 min insanın ölümülə bağlı ilk dəfə olaraq Türkiyə hökuməti adından üzrxahlıq ifadə edib.

Aparıcı müxalifət partiyası olan Cumhuriyyət Xalq partiyasının lideri Kemal Kiliçdaroğlu Türkiyənin üzrxahlıq etməsini tələb edib.

1936 və 1939-cu illər arasında hazırda Tunceli şəhərində 13 min 806 insan qətlə yetirilmişdi. Hadisə baş verən zaman şəhər Dersim adlanırdı.

Baş nazir Ərdoğan Kiliçdaroğlunun o zaman iqtidarda olan Cumhuriyyət Xalq Partiyasını da üzrxahlıq bildirməyə çağırıb.

XS
SM
MD
LG