Accessibility links

Türkiyə jurnalistlərinin durumu yaxşılaşmaq bilmir VİDEO


Türkiyədə media azadlığı
please wait

No media source currently available

0:00 0:02:46 0:00
Türkiyədə media azadlığı
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Qərbdə bir çoxları üçün Türkiyə Yaxın Şərqə demokratiya mayakıdır. Lakin Jurnalistləri Müdafiə Komitəsinin açıqladığı son hesabatda Türkiyənin jurnalistləri həbs etmək üzrə birinciliyi ələ aldığı deyilir. Hesabatda Türkiyədə 76 jurnalistin həbsdə olduğu və minlərlə jurnalistə qarşı məhkəmə işi qaldırıldığı deyilir.

Türkiyədə jurnalistlərə göstərilən təzyiqlərlə görə uzun illər etiraz aksiyaları olub. Lakin keçən ildən bəri nümayişlər intensivləşib. Təkcə ötən il ərzində həbs olunan yüzə qədər jurnalist məhbəsdə ağır cəza alacaqlarını gözləyir.

Türkiyənin cənub bölgəsindəki kürd üsyançılarının fəaliyyəti hökumətin media tərəfindən işılandırılmasını istəmədiyi başlıca mövzudur. Türkiyədə məhbəsdə yatan jurnalistlərin çoxu üsyançılar barədə yazdıqlarına görə həbs ediliblər.

Lakin 2001-ci ilin mart ayında iki journalist - Əhməd Şıx və Nedim Sener digər cinayət üzrə, hökuməti devirmək cəhdi üzrə ittihamla həbs edildilər. Əhməd Şıx polisdə korrupsiya haqda kitab yazmışdı. Nedim Sener isə məşhur jurnalist Hrant Dinkə edilə sui-qəsd barədə yazmışdı.

Nina Oqnianova Nyu-Yorkdakı Jurnalistləri Müdafiə Komitəsində təhlilçidir: “Yerli qrupların bildirdiyinə görə, 2011-ci ilin sonunda 3000-5000 arasında jurnalistə qarşı “türk millətini təhqir etmək” maddəsi altında cinayət işi qaldırılıb.”

Sener və Çıxın 13 aydan sonra azad edilmələrinə baxmayaraq, onların işi hələ də məhkəmədədir. Şıx söz azadlığı uğrunda mübarizəsini davam etdirəcəyinə söz verib. O, İstanbuldan Amerikanın Səsinə müsahibəsi zamanı həbsdən azad edilməsində beynəlxalq ictimaiyyətin təzyiqinin əsas rol oynadığına inandığını deyib.
“Bizim hər ikimiz, mən də Nedim də baş nazir Ərdoğanın xüsusi göstərişi ilə azad edildik.”

Türkiyə hökuməti jurnalistlərin azad edilməsi ilə bağlı heç bir sualı cavablandırmayıb.
Lakin Avropa İttifaqı ölkədə söz azadlığına qoyulan məhdudiyyətlərin artmasının Türkiyənin birliyə üzvlüyünə hədə olduğunu deyir.

Birləşmiş Ştatların Türkiyədəki səfiri Fransis Riççardone: “Bunun çox qorxunc effekti var. Belə bir hiss var ki, adam televiziyada dediyi sözə görə işini itirə, yaxud həbs oluna bilər.”

Müttəfiqlərdən gələn təzyiqlərə baxmayaraq Türkiyə jurnalistlərinin durumu yaxşılaşmaq bilmir. Buna gprə də etirazlar davam edir.
XS
SM
MD
LG