Accessibility links

Türkiyə paytaxtında 350 polis əməkdaşı işdən kənarlaşdırıldı


Türkiyə mediasının bildirdiyinə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan davam edən və onun vəzifəsinə xələl gətirə bilən korrupsiya qalmaqalı ilə bağlı hökumətin yerləşdiyi Ankarada 350 nəfərə qədər polis işçisini işdən kənarlaşdırıb.

Dövlətin Anadolu xəbər agentliyinin bu gün yayımladığı malumatda işdən azad edilənlər arasında Ankara Baş Polis Qərargahının yüksək rütbəli zabitləriinin də olduğu deyilir.

Digər məlumatlarda isə polis zabitlərindən bəzilərinin ya Yol Polis İdarəsinə, ya da şəhərdən kənar bölmələrə göndərildiyi bildirilir.

Korrupsiya qalmaqalı ilə bağlı onlarla yüksək səviyyəli sabiq siyasətçi və biznesmenə qarşı aparılan istintaq cənab Ərdoğanı kabinetində də dəyişiklik etməyə məcbur edib.
XS
SM
MD
LG