Accessibility links

Türkiyənin İsveç və Finlandiya ilə NATO-ya üzvlüklə bağlı danışıqları martın 9-da davam etdiriləcək


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq Ankarada keçirdikləri birgə mətbuat konfransından sonra, 16 fevral 2023.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq Ankarada keçirdikləri birgə mətbuat konfransından sonra, 16 fevral 2023.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bazar ertəsi İsveç və Finlandiya ilə NATO-ya üzvlüklə bağlı danışıqların onun bildirdiyinə görə, İsveçin keçən il imzalanmış memorandum çərçivəsində öhdəliklərini hələ də yerinə yetirməməsinə baxmayaraq, martın 9-da davam etdiriləcəyini deyib.

Türkiyə İsveç və Finlandiyanın müraciətləri ilə baş tutacaq danışıqları yanvar ayında danimarkalı ifrat sağçı siyasətçinin Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin nüsxəsini yandırmasından sonra ləğv edib.

Ankarada keçirdiyi mətbuat konfransı zamanı Çavuşoğlu "martın 9-da keçiriləcək iclasa həmkarlarım qatılacaq" deyib və görüşün Brüsseldə keçiriləcəyini bildirib.

İsveç və Finlandiya Rusiyanın Ukraynanı işğal etməsindən sonra Şimali Atlantika müdafiə alyansına qoşulmaq üçün müraciəti keçən il edib, lakin əsasən də İsveç Türkiyənin gözlənilməz etirazları ilə üzləşiib.

Ankara Stokholmu terrorçu qrupların üzvləri hesab etdiyi şəxslərə sığınacaq verməkdə ittiham edir.

İsveç, Finlandiya və Türkiyə 2022-ci ildə Madriddə keçirilən NATO sammitində Türkiyənin ratifikasiyası istiqamətində addımlarına dair memorandum imzalayıb.

"Təəssüf ki, Madrid memorandumunun icrası ilə bağlı İsveçin qənaətbəxş addımlarını görmədik. Bu addımları görmədən İsveçin NATO-ya müraciətinə "hə" deməyimiz mümkün deyil" - deyə, Çavuşoğlu bildirib.

XS
SM
MD
LG