Accessibility links

Türkiyə polisi PKK-ya qarşı reydlər zamanı 15 kürd yaraqlısını saxlayıb


Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə polisi ölkənin cənub-şərqində Adana vilayətində PKK-ya qarşı keçirilən reydlər nəticəsində 15 kürd yaraqlısını saxlayıb.

Reydlər Türkiyə təhlükəsizlik qüvvələri və PKK yaraqlıları arasında ölkənin əsasən kürdlərin yaşadığı cənub-şərq bölgəsində gərginliyin yenidən artdığı dövrə təsadüf edir. Gərginliklər keçən il Türkiyə hökuməti və yaraqlı qrup arasında iki il yarım müddətində mövcud olmuş atəşkəsin pozulmasından sonra yüksək həddə çatıb.

Diyarbakırda maşına yerləşdirilmiş bombanın partlamasından sonra polis hadisə yerində
Diyarbakırda maşına yerləşdirilmiş bombanın partlamasından sonra polis hadisə yerində

Cümə günü Diyabakır şəhərində maşında yerləşdirilmiş bombanın partlaması nəticəsində 11 nəfər həyatını itirib, azı 100 nəfər yaralanıb. Bomba partlayışı Türkiyə rəsmilərinin kürd tərəfdarı müxalif Xalq Demokratik Partiyası HDP-nin liderləri və partiyadan qanunvericini həbs etməsindən sonra törədilib. Türkiyə rəsmiləri HDP liderlərini PKK ilə əlaqələri olmaqda ittiham edib.

Rəsmilər radio vasitəsilə aparılan danışıqların dinlənməsinə əsasən hücuma görə Türkiyədə muxtariyyət istəyən PKK-ni ittiham edib. Bununla belə, İŞİD-in xəbər agentliyi olan Amaq hücumun məsuliyyətini qrupun öz üzərinə götürdüyünü bildirib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata əsasən, anti-terror reydləri havadan helikopterlərin dəstəyi ilə şəhərin bir neçə yerində keçirilib.Türkiyənin Daxili İşlər nazirliyinin bildirdiyinə görə, keçən həftə təhlükəsizlik qüvvələrinin əməliyyatları zamanı 28 PKK yaraqlısı zərərsizləşdirilib.

Türkiyə, Birləşmiş Ştatlar və Avropa İttifaqı Kürdüstan Fəhləs Partiyası PKK-nı terrorçu qrup kimi tanıyır.

XS
SM
MD
LG