Accessibility links

Soylu Türkiyədə baş verən silahlı hücumun "Amerika mərkəzli" olduğunu deyir


Türkiyənin daxili işlər naziri Süleyman Soylu
Türkiyənin daxili işlər naziri Süleyman Soylu

Türkiyənin daxili işlər naziri şənbə günü ölkənin cənubunda polis zabitnin ölümü ilə nəticələnən silahlı hücumu “Amerika mərkəzli” bir əməliyyat adlandırıb.

İki şübhəli kürd militantı bazar ertəsi axşam saatlarında Türkiyənin Aralıq dənizi sahilində yerləşən Mersin vilayətində təhlükəsizlik qüvvələrinin yaşayış kompleksinə atəş açaraq, bir zabiti öldürüb, bir digər zabit və bir mülki vətəndaşı yaralayıb.

Türkiyə rəsmilərinin dediyinə görə, qadağan olunan Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olan qadın hücumçular daha sonra intiharçı bombalarını partlatmaqla özlərini öldürüblər.

“Bu, Amerika əsaslı bir hərəkətdir,” daxili işlər naziri Süleyman Soylu Qara Dəniz sahilində yerləşən Giresun vilayətində hakim partiyanın rəsmilərinə deyib. Bu barədə özəl Demirören xəbər agetnliyi və digər KİV-lər məlumat verib.

Soylu həmçinin deyib ki, ABŞ rəsmiləri Türkiyə polisindən hücumda istifadə olunan odlu silahların seriya nömərsini tələb edib, ancaq o, bu tələbin ABŞ-ın hansı idarəsindən gəldiyni deməyib.

Türkiyə hökumətinin rəsmiləri daha öncə də Vaşinqtonu PKK-nin Suriya qolu olan YPG-ni silahlandırmaq və təlim keçməklə PKK-nu dəstəkləməkdə ittiham edib.

PKK Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınır. ABŞ Suriyada İslam Dövləti qrupuna qarşı mübarizəyə yardım edən YPG-nin terror qrupu kimi tanımır.

Soylu ötən il Amerikanı 2016-cı ildə Türkiyədə 250-dən çox insanın ölümü ilə nəticələnən və iflasa uğrayan çevriliş cəhdində əli olduğunu iddia etmişdi. 2018-ci ildə o, amerikalı rahib Endrü Bransonun həbsi ilə əlaqədar olaraq sanksiya siyahını daxil edilmişdi.

Nazir deyib ki, bazar ertəsi Mersinin Mezitli rayonunda təhlükəsizlik qüvvələrinin əməkdaşlarının yaşayış məntəqələrəini hədəf alan hücumu həyata keçirən şəxslər Türkiyəyə Suriyanın YPG-nin nəzarətində olan Mənbic şəhərindən motorlu paraşütla gəliblər.

XS
SM
MD
LG