Accessibility links

Türkiyə polisi 1 May nümayişlərində onlarla insanı saxlayıb


İstanbulda 1 May bayramını qeyd etmək üçün Taksim Meydanına yürüş etmək istəyən bir qrup etirazçı ilə polis arasında toqquşma baş verib, 1 May 2022-ci il.
İstanbulda 1 May bayramını qeyd etmək üçün Taksim Meydanına yürüş etmək istəyən bir qrup etirazçı ilə polis arasında toqquşma baş verib, 1 May 2022-ci il.

Türkiyə çevik polisi kəskin inflyasiyanın yaratdığı iqtisadi çətinliklərə etiraz olaraq 1 May nümayişi keçirmək üçün İstanbulun Taksim meydanına getməyə çalışan onlarla etirazçını saxlayıb.

İstanbul valiliyi 1 May tədbirlərinin başqa yerdə keçirilməsinə icazə verib və bütün digər yerlərdə toplantıların icazəsiz və qanunsuz olduğunu bildirib.

Reuters agentliyinin jurnalisti çevik polis qüvvələrinin etirazçılarla toqquşduğunu və onların əllərini qandalladığını gördüyü haqda məlumat verib. Bu görüntülər yerli televiziya kanallarında nümayiş etdirilib.

Demirören xəbər agentliyinin verdiyi məlumata görə, polis həmçinin Beşiktaşın mərkəzində 30, Şişli ərazisində isə daha 22 nəfəri saxlayıb.

İstanbul valiliyinin bazar günü açıqladığı bəyanatda deyilir ki, 164 etirazçı şəhər boyu “qanunsuz nümayişlər keçirməyə cəhd etdiklərinə” görə saxlanılıb.

Hər il mayın 1-də Beynəlxalq Əmək Gününün qeyd olunduğu gün bir çox ölkələrdə fəhlələr və həmkarlar ittifaqları tərəfindən yürüşlər keçirilir.

Reuters agentliyinin sorğusunun nəticələrinə görə, Türkiyədə illik inflyasiyanın aprel ayında Rusiya-Ukrayna münaqişəsi və artan əmtəə qiymətləri səbəbindən 68 faizə yüksələcəyi gözlənilir.

Artan inflyasiya və onun yaratdığı iqtisadi çətinliklər bir neçə qrupun 1 May ilə bağlı bəyanatlarında qeyd olunub.

Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Ergün Atalay minimum əmək haqqının artan qiymətləri əks etdirərək aylıq dəyişdirilməsini tələb edib.

“Hər ayın əvvəlində inflyasiya açıqlanır. Hər ay maaşlara inflyasiya səviyyəsi əlavə edilməlidir”, o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG