Son 90 ildə ilk dəfə olaraq Türkiyənin Sumela monastrında pravoslav xristianlara ibadət etməyə icazə verilib. Bu gün Türkiyə, Yunanıstan və Rusiyadan 1500-ə yaxın zəvvar XIV əsrin kilsəsini ziyarət edib. 1923-cü ildə yunanlar buradan departasiya edildikdən sonra orada mərasimlər nadir hallarda keçirilirdi. Türkiyə monastrın dini statusunu ləğv etsə də, bu ilin əvvəlində Sumelada ildə bir dəfə ibadət olunmasına icazə verilə biləcəyini açıqlamışdı. Qeyd edək ki, Türkiyədə 2000-ə yaxın pravoslav xristian yaşayır.
Son 90 ildə ilk dəfə olaraq 1500-ə yaxın zəvvar XIV əsrin monastrını ziyarət edib