Accessibility links

Türkiyə müdafiə naziri Azərbaycanda səfərdədir


Türkiyə müdafiə naziri Azərbaycanda səfərdədir
Türkiyə müdafiə naziri Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev və Türkiyə müdafiə nazirinin görüşündə müdafiə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Türkiyə milli müdafiə naziri Vecdi Gönülün Azərbaycana üç günlük səfəri başlayıb.

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə müdafiə nazirinin görüşündə iki dövlət arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib.

Prezident Əliyev Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Prezident eyni zamanda cənab Gönülün bu səfəri zamanı müdafiə sahəsində əlaqələrin daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılacağına ümidvar olduğunu deyib. “Azərbaycan ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminəm”,- deyə o qeyd edib .
Nazir Gönül də Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın daim dərinləşdiyini bildirib. “Bu sahədə əlaqələrimiz bundan sonra da möhkəmlənəcək”, - deyə o vurğulayıb.

Türkiyə müdafiə naziri səfəri çərçivəsində Azərbaycanın baş naziri, müdafiə və müdafiə sənayesi nazirləri ilə danışıqlar aparacaq.

XS
SM
MD
LG