Türkiyə ordusu ilə kürd üsyançıları arasında bu gün ölkənin cənub-şərqində, İraqla sərhəddə baş verən döyüşlər zamanı bir əsgərin öldüyü, azı üçünün yaralandığı bildirilir. Zorakılıqlar Türkiyə hərbi qüvvələrinin yaraqlılara qarşı əməliyyatları genişləndirməsindən sonra artıb. Keçən həftə türk hərbi təyyarəsi yaraqlıların məskunlaşdığı İraqın şimal bölgələrinə onlarla bomba salmışdı. Bura kürdlərin PKK təşkilatına məxsus döyüşçülərin geniş fəaliyyət göstərdiyi regiondur.