Accessibility links

Türkiyə rəsmiləri xüsusi təlim keçmiş professional hərbi qüvvələr yaradacaqlar


Müdafiə naziri Vecdi Gönül bu gün bildirib ki, hökumət və hərbiçilər plan üzərində işləyir, hüquq və təchizat məsələlərini yekunlaşdırırlar

Türkiyə rəsmiləri İraqla sərhəd bölgələrdə kürd üsyançılarına qarşı mübarizə məqsədi ilə xüsusi təlim keçmiş professional hərbi qüvvələr yaratmaq istədiklərini bildirirlər. Türkiyənin Müdafiə Naziri Vecdi Gönül bu gün bildirib ki, hökumət və hərbiçilər plan üzərində işləyir, hüquq və təchizat məsələlərini yekunlaşdırırlar.

Türk qoşunlarının böyük hissəsi 15 ay xidməd çəkəcək gənc çağırışçılardan ibarətdir. Türk rəsmiləri bildirir ki, professional əsgərlərdən ibarət qüvvələr bu yaxınlarda yol verilən zorakılıqlarda təqsirli bilinən kürd yaraqlılarına qarşı mübarizədə daha cox nailiyyət əldə edə bilər.

XS
SM
MD
LG