Accessibility links

Türkiyə İstanbul sammitində İsrailə qarşı təzyiq vasitələri arayır


İstanbulda keçirilən Asiyada Təmas və Etimad Yaratma Ölçüləri Konfransı sammitində Rusiya, İran, Suriya, Pakistan və Əfqanıstandan liderlər iştirak edir

İsrailin Qəzzaya istiqamət almış humanitar donanmaya ölümcül reydinin ardınca Türkiyənin yəhudi dövlətinə təzyiq göstərəcəyi gözlənilir. Türkiyə bəyan edib ki, İsrail üzr istəmədiyi təqdirdə Türkiyə bu ölkə ilə hərbi və ticarət əlaqələrini məhdudlaşdıracaq. İstanbulda keçirilən Asiyada Təmas və Etimad Yaratma Ölçüləri Konfransı sammitində Rusiya, İran, Suriya, Pakistan və Əfqanıstandan liderlər iştirak edir. Türkiyə xarici işlər nazirliyi bildirib ki, konfransda İsraili konsulluqdan bir diplomat təmsil edir. Türkiyə Prezidenti Abdullah Gül bu gün suriyalı həmkarı Bəşər əl-Əsəd və iranlı həmkarı Mahmud Əhmədinejadla görüşəcək. Mayın 31-də İsrail kommandolarının Mavi Marmara gəmisinə reydi zamanı 9 fələstinpərəst türk fəal öldürülmüşdü.

XS
SM
MD
LG