Türkiyə və Yaponiya Qara dənizin Sinop liman şəhərində atom elektrik stansiyasının inşasına dair saziş imzalamalıdır. Türkiyənin energetika naziri Taner Yildız və onun yapon həmkarı Akihiro Ohata razılığı sabah Tokioda imzalayacaq. Yaponiyanın Kyodo xəbər agentliyi rəsmilərə istinadən bildirib ki, memorandum Yaponiyanın stansiyanın inşasına dair Türkiyənin icazəsini əldə etməsinə yardım edir. Memorandumun imzalanmasından sonra tərəflər müzakirələrə başlayacaq. Türkiyə bundan əvvəl Sinopda atom elektrik stansiyasının inşasına dair Cənubi Koreya ilə razılıq əldə edə bilməmişdi.