Accessibility links

Ərdoğan prezidentlik səlahiyyətlərinin artırılmasına dair referendumu dəstəkləyib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentlik səlahiyyətlərinin artırılmasını nəzərdə tutan konstitusiya islahatını təsdiq edərək, məsələ ilə bağlı ümummilli referendumunun keçirilməsini dəstəkləyib.

Baş nazir müavini Numan Kurtuluş deyib ki, referendumun keçirilməsi aprelin 16-da gözlənilir.

Yanvar ayında Türkiyə parlamenti Birləşmiş Ştatlar və Fransada olduğu kimi prezidentin icraedici hakimiyyətinin təsbit edilməsi üçün konstitusiyaya 18-ci maddənin əlavə edilməsi haqda təklifi təsdiq edib.

Hökumət baş nazir ofisinin ləğv edilməsini nəzərdə tutan bu dəyişikyin rəhbərliyin daha effektiv işini təmin etməyə imkan verəcəyini bildirib. Lakin tənqidçilər dəyişikliklərin bir nəfərin hakimiyyətinə yol açacağını deyir.

Konstitusiyaya dəyişiklik prezidentə parlamenti ləğv etmək, fövqəladə vəziyyət elan etmək, sərəncamlar imzalamaq və ölkənin ali məhkəməsinin üzvlərinin yarısını təyin etmək kimi geniş səlahiyyətlər verir. Bu dəyişikliklər həmçinin Ərdoğanın 2029-cu ilə qədər hakimiyyətdə qalmasına imkan verir.

Baş nazir postu isə bir və ya iki vitse-prezidentlə əvəz ediləcək.

Təklif olunmuş dəyişikliklər parlamentdə qanunvericilərin əksəriyyəti tərəfindən dəstəklənsə də, lakin ictimai səsvermə keçirilmədən qüvvəyə minmək üçün kifayət qədər dəstək almayıb.

XS
SM
MD
LG