Accessibility links

Türkiyədə əcnəbilərə nifrət artır [Təhlil]


Türklər İstanbulda amerikalı dənizçinin başına plastik torba salırlar. 12 noyabr, 2014.
Türklər İstanbulda amerikalı dənizçinin başına plastik torba salırlar. 12 noyabr, 2014.

ABŞ-da fəaliyyət göstərən Pew Araşdırma Mərkəzi yeni sorğusunda Tükiyədə ksenofobiyanın artdığını bildirib. Hal-hazırda Türkiyə sərhədində müharibə gedir və ölkə bəzi qonşu dövlətlərlə və müttəfiqlərlə gərgin münasibətlər yaşayır.

Turkiyənin Taraf qəzetinin və Al-Monitor veb-səhifəsinin diplomatik köşə yazarı Semih İdiz bildirir ki, ölkədəki xarici vətandaşlara qarşı hisslər təkcə antaqonizmin ənənəvi mənbələri olan qərb ölkələri vətəndaşlarına aid deyil.

Sorğuda iştirak edənlərin 70 faizi bildiriblər ki, onlar anti-amerikandırlar, lakin digər 70 faiz də anti-Rusiya olduğunu bildirib.

“Demək olar ki, türklərin hamısı belədir. Sorğuda iştirak edənlərin 70 faizi bildiriblər ki, onlar anti-amerikandırlar, lakin digər 70 faiz də anti-Rusiya olduğunu bildirib. Bundan əlavə, biz görürük ki, türklər Səudiyyə Ərabistanına və Çinə də qarşıdırlar. Onlar həm də NATO və Avropa Birliyinin də əleyhinədirlər. Ümummilli rəy budur ki, hamı bizə nifrət edir.”

İslam təmayüllü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə ksenofobiyasının artmasında məsul bilinir.
İslam təmayüllü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə ksenofobiyasının artmasında məsul bilinir.

Bu hal Türkiyənin son zamanlarda üç qonşu ölkə - Suriya, İran və İraq – ilə diplomatik əlaqələrinin gərginləşməsinə yaxud bitməsinə təsadüf edir. İstanbulun Süleyman Şah Universitetinin siyasi elmlər üzrə alimi Cengiz Aktar düşünür ki, Türkiyənin Qərb dövlətləri ilə Suriyada davam edən münaqişə və İslam Dövlətinə qarşı mübarizə ilə bağlı fikir ayrılıqları türklər arasında təcrid hissinə yol açıb. Aktar bildirir ki, hökümət insanlarda dünya ölkələrinə qarşı nifrət hissini alovlandırır.

“Rusiyada olduğu kimi Türkiyə höküməti də insanlara “möhtəşəm təcrid” ideyasını yürüdürlər, hansını ki, onlar “layiqli tənhalıq” adlandırırlar. Türkiyə özünü təcrid edir, öz siyasətini yürütmək istəyir, amma bunu heç bir xeyri yoxdur.”

Təhlilçilər bildirirlər ki, dünya ölkələrinə qarşı şübhə və hətta açıq-aşkar düşmənçilik Türkiyə üçün yeni bir fenonem deyil. 20-ci əsr boyu məktəblərdə türk uşaqlarına öyrədirdilər ki Türkiyə düşmənlər tərəfindən əhatə olunub. Uşaqlara həmçinin öyrədirdilər ki, qərb ölkələri ərəblərlə əlbir hərəkət edərək Osmanlı İmperiyasını dağıdıblar.

Siyasi elmlər alimi Aktar bildirir ki, Avropa ölkələri Birinci Dünya Müharibəsi zamanı Türkiyəni işğal etmələrindən savayı, indi də ölkənin ruhunu formalaşdırırlar.

“Bu, 20-ci əsrin əvvəlinə gedib çıxır. O zaman Türkiyə Osmanlı İmperiyasının küllərindən dirçəlirkən yenidən işğal olunmuşdu. Mustafa Kamal və onun dostları bu vəziyyətə son qoyaraq yeni dövlət yaratdılar. Ona görə də, türklər Qərbdən gələn hər şeydən şübhələnirlər və onlarda düşmənlər tərəfindən əhatə olunma qorxusu var. Və təbii ki, bu, naratlıq yaradır.”

Türkiyədə siyasətçilərin bu haldan sui-istifadə etdikləri faktdır. Siyasətçilər insanlarda elə fikir yaradırlar ki, sanki onlar Türkiyəni xaricin xain qəsdlərindən qoruyurlar.

Diplomatik köşə yazarının fikrincə, gələn ilin iyun ayında ümumi seçkilərin keçiriləcəyi bu ərəfədə millətçiliyin artacağı və siyasətçilərin ictimai qorxudan sui-istifadə edəcəyi gözlənilir.

“Türkiyədə siyasətçilərin bu haldan sui-istifadə etdikləri faktdır. Siyasətçilər insanlarda elə fikir yaradırlar ki, sanki onlar Türkiyəni xaricin xain qəsdlərindən qoruyurlar. Ərdoğan özü Birinci Dünya Müharibəsindən ictimai yaddaşda olan hissləri bərpa edərək bundan siyasi xal qazanmağa çalışır.”

Ötən ay prezident Rəcəb Tayyip Ərdoğan bildirib ki, Qərbin regiona müdaxiləsi Birinci Dünya Müharibəsi zamanı Britaniya ordusu zabiti Ərəbistanlı Lorensin osmanlılara qarşı qiyam başlatmasına bənzəyir. Prezident Ərdoğan bildirib ki, Türkiyə yeni Ərəbistan Lorensi tərəfindən təhlükə ilə üzləşir.

XS
SM
MD
LG