Türkiyənin yayım şirkəti ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) reklam çarxını yayımlamaqdan imtina edib, çünki reklamda birbaşa hakim Ədalət və İnkişaf Partiyası (AKP) tənqid edilir. Bu hadisə mətbuat ittifaqı və vətəndaş hüquqları fəallarının qəzəbinə səbəb olub.
Turkiyə Radio və Televiziya Şirkəti bu qərarı ümummilli parlament seçkilərindən bir neçə həftə öncə və ölkədə mətbuata qarşı təzyiqlərin artdığı ərəfədə qəbul edib. Hökümətin təzqiyləri artırması mətbuat ittifaqlarının və vətəndaş hüquqları fəallarının etirazına səbəb olub. Onlar bildirir ki, bu addım hökümətin mətbuata aylardır davam etdirdiyi hücumların tərkib hissəsidir. Bunlara məhdudlaşdırma qanunları, polis reydləri, zaman-zaman Facebook və Twitter daxil olmaqla sosial media saytlarının bağlanması və jurnalistlərə qarşı cinayət işlərinin açılması daxildir.
TRT kanalının hökümət-yönümlü mövqeyi ötən həftələr ərzində tənqidlər doğurub. Ötən il jurnalist dərnəkləri prezident seçkiləri zamanı qərəzsiz olmadıqları üçün yayım şirkətinin rəhbərliyinin istefa getməsini tələb ediblər. TRT həmçinin ölkənin seçki komitəsi tərəfindən də tənqid olunub.
TRT bizə yazılı şəkildə bildirib ki, kanal CHP-nin reklamını yayımlamayacaq. Kanalın səbəbi isə bir qara yumor nümunəsidir: CHP reklamı höküməti tənqid edir.Enis Berberoğlu, CHP
Şənbə günü dövlət yayım şirkəti CHP-nin qarşıdan gələn parlament seçkiləri üçün hazırladığı reklamı yayınlamaqdan imtina edib. Səbəb olaraq reklamın İslamçı AKP hökümətini sərt şəkildə hədəf aldığını bildirib. Reklam TRT-yə bağlı heç bir kanalda da yayımlanmayıb və yalnız bir neçə özəl yayım şirkətlərində yayımlanıb.
CHP-nin sədr müavini Enis Berberoğlu TRT-nin bəyanatını şəxsi Twitter hesabında paylaşaraq “TRT bizə yazılı şəkildə bildirib ki, kanal CHP-nin reklamını yayımlamayacaq. Kanalın səbəbi isə bir qara yumor nümunəsidir: CHP reklamı höküməti tənqid edir. Demokratik sistemdə müxalif partiya rəqib partiyanı hədəf almadan necə siyasət yürüdə bilər ki? Mən təkliflərə açığam”.
Müzalif siyastəçilər TRT-nin bundan öncə AKP-nin dini və Türkiyə bayrağını manipulasiya etdiyi reklamı yayımlamaqdan imitna etmədiyini deyirlər, amma TRT rəsmiləri “böhtan xarakterli və təhqiramiz sözlərin daxil olduğu reklamları qadağan edən “ qanuna zidd olduğu üçün CHP kampaniya reklamını yayımlamağı rədd etməkdən başqa bir seçimləri olmadıqlarını bildirib.
Eyni zmanda baş nazir Əhməd Dadudoğlu gündəlik Zaman qəzetin ingilis dili versiyasında nəşr olunan bloq yazısında təhqir olunduğunu iddia etdiyi üçün qəzetin redaktoru Bülent Keneşi qanuni orqanlara şikayət edib.
Baş nazirin təhqir olunduğunu iddia edən məqalə martın 26-da çap olunub. Məqalədə baş nazir prezident Rəcəb Tayyip Ərdoğanın avtoritar ambisiyalarını cilovlaya bilmədiyi üçün tənqid olunub. “Diktator olmağa meyilli hər bir ambisiyalı insan kimi Ərdoğan da demokratiyanı, qanunçuluğu və sosial sülhü təhlükə altına alacaq potensialını sərgiləyir, amma real problem olan isə Davudoğlunun qəsədn etdiyi siyasi zəifliyidir”, deyə Keneş bildirir.
Müstəqil qəzetlər və yayım şirkətləri uzun zamandır medianın reportajlarında məsuliyyətsiz olduqlarını iddia edən AKP höküməti ilə mübarizə aparırlar. Dekabr ayında, 20-dən çox jurnalist hökümət təzyiqləri nəicəsində həbs olunub. Bu benəlxalq tənqidlərə və Türkiyənin avtoritarizma doğru getdiyi ilə bağlı iddialara səbəb olub. Avropa Parlamenti Ankaranı jurnalistlərin həbsinə görə qınayıb. Jurnalistlərin bəziləri terrorizmdə ittiham olunublar.
Yanvar ayında prezident Ərdoğan Fransanın satirik Charlie Hebdo jurnalının 8 işçisinin ölümünə səbəb olan İslamçı yaraqlıların həyata keçirdiyi terror hücumundan sonra həmrəylik jesti olaraq jurnaldan parçalar dərc etdiyi üçün sekular müxalif qəzeti olan Cumhuriyyeti hədəf alan çıxış edib.
“Siz harda yaşadığınızı zənn edirsiz?, deyə çıxışı zamanl cənab Ərdoğan soruşub. “Siz heç kəsin müqəddəs dəyərlərini bu cür təhqir edə bilməzsiniz. Onlar ateist ola bilərlər, amma onlar yenə də mənim üçün müqəddəs olanlara hörmət etməlidirlər. Etməsələr, bu provokasiya etməkdir və qanunlarla cəzalandırıla bilər”.
Parlamentin ən böyük müxalif partiyası olan CHP-nin aparıcı üzvlərindən Haluk Koç təkcə ötən il ərzində 21 jurnalistin həbs olunduğunu deyir. “Bir jurnalist hətta Twitter-da yazIlarına görə həbsdədir,” deyə o, televiziya aparıcısı Seder Kabaşa istinadən bildirib. Kabaş korrupsiya istintaqının bağlanması ilə bağlı Twitter-də yazı yazdığı üçün terrorizmlə bağlı ittihamlarla həbs olunub.
Siz heç kəsin müqəddəs dəyərlərini bu cür təhqir edə bilməzsiniz. Onlar ateist ola bilərlər, amma onlar yenə də mənim üçün müqəddəs olanlara hörmət etməlidirlər.Rəcəb Tayyib Ərdoğan
Ötən həftə Avropa Şurasının Parlament Assambleyasının prezidenti Ann Brassör sağçı qrup tərəfindən girov alınan və daha sonra qətlə yetirliən Türkiyə prokurorunun şəkillərinin paylaşıldığına görə sosial mediaları bağladığı üçün Türkiyə hökümətini dəstəkləyib. Ötən çərşənbə Türkiyə prezidenti prokuror Mehmet Selim Kirazın şəkillərini göstərdikləri üçün mediaya qarşı hücuma keçib. Şəkildə prokurorun girov alan şəxsin prokurorun başına silah dayadığı göstərilib.
Türkiyə lideri deyib ki, terrorçu propaqandasına səhifələrini açan mətbuat qurumları da prokurorun ölümündə məsuliyyət daşıyırlar. Kiraz polisin ona yardım etmək əməliyyatı zamanı öldürülüb.
Brassör deyir ki, mətbuat azadlığı mətbuat məsuliyyəti ilə müşayiət olunmalıdır. “Mətbuatın da məsuliyyəti olmalıdır. Bəli, mətbuat azadlığı olmalıdır, amma məsulliyətsiz azadlıq olmaz. Şəxsi sahələrin də mühafizəsi mütləqdir,” deyə Brassör Ankaraya səfəri zamanı müxbirlərə bildirib.