Accessibility links

Dünyada 100 milyondan çox insan qəlyan çəkir [Video]


Qəlyan populyarlığını saxlamaqdadır
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Hər bir qəlyan sessiyası 20-80 dəqiqə sürür. Bu isə 100 siqaretə bərabərdir

Son zamanlar tütünlü su qəlyanı çəkmək üçün bir araya gəlmək ünsiyyət formasına çevrilib. Lakin bu proses alışqanlıq yaratmaqla bərabər olduqca təhlükəli ola bilər. Bunu son araşdırmaların nəticəsi göstərib.

26 yaşlı İan Çevaini böyük məharətlə qəlyanı yandırır. O, menecment kampaniyası ilə su qəlyanını təbliğ edir.

Son 4 ildir o, qəlyandan əyləncə mahiyyəti ilə istifadə edir. Qəlyan dəstinin dəyəri 10, müxtəlif tamlı tütün isə 5-lə 10 dollar dəyəri arasındadır.

Çevaininin dediyinə görə, əyləncə üçün siqaret çəkilməsinin yerini indi qəlyan tutub.

“Bunun verdiyi ləzzəti çox sevirəm. Xüsusilə də tamlarını. Bu, dostlarımın hissiyatından da asılıdır. Çünki evdə tək qəlyan çəkmirəm. Bu mənim üçün əyləncə deməkdir.”

Qəlyanın su borusu kömürün ustunə qoyulan tamlı tütünlə bağlanır. Nəfəs aldıqda tütün sudan keçir.

Kenya kimi ölkələrdə qəlyan çəkmək çox populyardır. Xüsusilə də paytaxtda. Artıq evlərdə də qəlyan çəkilməyə başlayıb.

Lakin bu əyləncə təhlükəsiz deyil. Keniyanın Səhiyyə Nazirliyi 19 tütün növünün heroin və marihuana ilə bağlılığına görə istifadəsinə qadağa tətbiq edib.

Ümumdünya Səhiyyə Təşkilatı hər bir qəlyan sessiyasının 20 ilə 80 dəqiqə sürdüyünü bildirir. Bu isə siqaret çəkənlərin 100 siqaretinə bərabərdir.

Keniyada 2007-ci ildən siqaret üçün müəyyən yerlər təyin edilib, bütün tütün məhsulları üzərində təhlükəsinə dair mesajlar yerləşdirilib.

Amma buna baxmayaraq 2014-cü ilin qlobal tütün sorğusuna əsasən hələ də 2.5 milyon insan tütündən istifadə edir.

Afrikada maddələrdən sui-istifadə əleyhinə hərəkatının direktoru Dr. Riçard Gakunju Keniyada aparıcı məsləhçilərdən biridir.

O, qəlyan çəkməyin xərçəngə yol açdığını deyir.

“Sağlamlığa çox böyük təsirləri var. Nikotinin xərçəngə yol açdığını bilirik. Ağ ciyər xərçəngi, yuxarı tənəffüs orqanlarının infeksiyası da tütünlə əlaqəlidir. Qəlyan tütün məhsulları arasında yer alır. "

Dünyanın bir çox bölgəsində siqaret satışında azalma müşahidə edilsə də, qəlyan populyarlığını saxlamaqdadır.

Florida Universitetinin araşdırmalarından məlum olub ki, dünyada 100 milyondan çox insan gündəlik qəlyandan istifadə edir.

XS
SM
MD
LG