Accessibility links

Tvitter şirkətinin əməkdaşları terrorla hədələnib


Twitter threat
Twitter threat

İslam Dövləti ilə əlaqəsi olan qrup Kaliforniyada Tvitter şirkətinin əməkdaşlarına qarşı sui-qəsd cəhdi ilə təhdid edib.

Sosial media şirkəti yaraqlı qrup tərəfindən yerləşdirilmiş şəkillər və tvitter mesajlarını veb səhifəsindən çıxarıb.

Bazar günü Tvitterdə @dawlamoon ünvanından “Birləşmiş Ştatlarda San Fransiskoda Tivetterin hər bir əməkdaşı diqqət etməlidir, çünki onların qapısının önündə bir qatil gözləyə bilər” məzmunlu mesaj yayılıb.

Texasda Sent Meri universitetində Terrorizm mərkəzinin direktoru Ceffri Addikott deyib ki, terrorçular cihada qoşulmaq üçün insanları cəlb etmək məqsədilə internetdə təbliğat yaymağa çalışır.

Ceffri Addikotttun sözlərinə görə, İraq və Suriyada İslam Dövləti qrupuna 100-dən çox amerikalı qoşulub, buna görə də onlar Tvitter şirkətinin əməkdaşlarına qarşı sui-qəsd törədə bilən bir nəfər tapmağa nail ola bilərlər.

Təhlilçi deyib ki, Birləşmiş Ştatlarda cihadçılar İslam Dövləti qrupunun Əl-Qaidə, Həmas, ya da Hizbullahdan daha müvəffəq olduğunu düşünür.

Tvitter şirkətinin sözçüsü Amerikanın Səsinə deyib ki, təhlükəsizlik üzrə erkspertlərdən ibarət qrup təhdidlərin ciddiliyini müəyyən etmək üzərində işləyir.

Tvitter San Fransiskoda şirkətin baş qərargahında təhlükəsizlik tədbirlərinin gücləndirilib-gücləndirilməməsi haqda bir söz deməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG