Accessibility links

Uber Yaxın Şərqdəki rəqibi Careem-i 3.1 milyard dollara alacaq


Uber Yaxın Şərqdəki rəqibi Careem-i 3.1 milyard dollara alacaq
please wait

No media source currently available

0:00 0:01:33 0:00

Qlobal onlayn taksi sifarişi xidməti Uber Technologies Inc Yaxın Şərqdəki rəqibi Careem-i almaq üçün 3.1 milyard dollar pul xərcləyəcək və beləliklə şirkət çox gözlənilən ilkin ictimai təklifdən öncə rəqabətli regionda nüfuzunu artırmış olacaq.

Uber bazar ertəsi Careem-ə şirkətin mülkiyyət hüququnu əldə etmək üçün 1.4 milyard dollar nağd pul və 1.7 milyard dollar dəyərində dəyişdirilə biləcək qiymətli kağızlar ödəyəcək. Uzun zamandır gözlənilən bu sövdələşmə iki şirkət arasında doqquz aydan çıxdur davam edən danışıqlara son qoyur və Uber-i ehtiyacı olan qələbə ilə təmin edir.

Qiyməlti kağızlar hər biri 55 dollar qarşılığında Uberin səhmlərinə dəyişdiriləcək.

Bununla Careem Uberin filialına çevriləcək və hələlik Careem brendi və applikasiyasının fəaliyyəti davam edəcək. Careem-in həmtəsisçiləri Mudassir Şeyxa, Maqnus Olsson və Abdulla Elyas şirkətdə çalışmağa davam edəcək.

Lakin Careem-in idarə heyəti dəyişəcək. Belə ki, heyətdəki üç yer Uber-in təmsilcilərinə, ikisi isə Careem-in nümayəndələrinə veriləcək. Careem-in baş icraçı direktoru Şeyxa və Olsson idarə heyətində yer alacaq. Uber-in sözçüsü Uberin idarə heyətinə kimi təyin edəcəyini açıqlamaqdan imtina edib.

3.1 milyard dollarlıq sövdələşmə nəticəsində Uber Careem-in bütün xarici investorlarını da alacaq və beləcə Careem-in səhmləri Uber qərəzlərinə çevriləcək.

Careem investorlardan 800 milyon dollardan az pul alıb və oktyabr aynda dəyəri 2 milyard dollar təşkil edirdi. Şirkəti dəstəklənləyənlə arasında Almaniyanın maşın istehsalçısı Daimler AG, Çinin onlayn taksi sifariş xidməti Didi Chuxing, Yapokniyanın internet şirkəti Rakuten İnc və səudiyyəli investor Kingdom Holding Company var.

Satışın 2020-ci ilin ilk rübündə yekunlaşacağı gözlənilir.

Sövdələşmə Careem-in fəaliyyət göstərdiyi ölkələrdəki anti-inhisar rəsmiləri daxil olmaqla bir neçə tənzimləyici tərəfindən təsdiq olunmalıdır.

XS
SM
MD
LG