İnsan bədənindəki ən böyük orqan nədir? Əlbəttə ki, dəri. Dəri çox heyranedici bir orqandır, çünki daxili orqanları bütün zərərlərdən qoruyur. Bu səbəbdən də, İspaniyada universitet tələbələrinin 3D printeri ilə tam funksional insan dərisi istehsal etməyi öyrənmələri tibb və elm sahəsində böyük bir irəliləyiş kimi qiymətləndirilir.
Artıq bir neçə vaxtdır ki, alimlər laboratoriyalarda dəri inkişaf etdirirlər, amma onların dediyinə görə, bunu bio-printerlə etmək böyük irəliləyişdir.
Bio-printerdən istifadə edərək dərinin həcmini vaxt və məkan baxımından tənzimləyə bilmək bizə daha öncə təsəvvür belə edə bilməcəyimiz yeni imkanlar verirHose Luis Horkano
“Bio-printerdən istifadə edərək dərinin həcmini vaxt və məkan baxımından tənzimləyə bilmək bizə daha öncə təsəvvür belə edə bilməcəyimiz yeni imkanlar verir”, UC3M universitetinin bio-mühəndislik fakültəsindən Hose Luis Horkano deyir.
Prosesin əsasında bio-mürəkkəb durur. Bu bio-mürəkkəb insan dərisinin hüceyrələri, birləşdirici toxuma hüceyrələri və digər bioloji materialların qarışığından ibarətdir.
Biodan adlı bio-mühəndislik şirkəti tədqiqatçılarla əməkdaşlıq edir. Komanda liderləri deyir ki, dərinin hazırlanma prosesinə dərinin formalaşdığı yerin üzərində bio-mürəkkəbdən sıçratmaq daxildir.
“Biz iki əsas qatı olan 100 faiz insan dərisi hazırlayırıq. Bu qatlar isə dermis və epidermesdir ki, onlar öz kollagenlərini yarada bilir. Bu dəri tibb və sa sənaye sahəsində xəsarətlər və ya yanıqlar üçün istifadə oluna bilər. Dəri həmçinin kimyəvi, əczaçılıq və ya kosmetika sənayesində də istifadə edilə bilər", deyə Biodan qrupundan Alfredo Brisak bildirir.
Bio-dəri ağır yanıqları müalicə etmək kimi tibbi istifadə üçün insanın öz dəri hüceyrələrindən düzəldilə bilər.
Printer yarım saat ərazində 100 kvadrat santimetrlik dəri düzəldə bilir.
Tədqiqatçılar deyir ki, bundan sonrakı növbəti addım printerlə hər cür orqan düzəltməkdir.
“Gələcək üçün fikrimiz ürək və ya böyrək kimi mürəkkəb orqanları çap edə bilməkdir. Lakin dediyim kimi, bu hələ ki, bu sahədə çalışan bütün insanların bir arzusudur, amma bunun nə zaman baş verəcəyi ilə bağlı bir təxminimiz yoxdur”, Hose Luis Horkano deyir.
Hazırda Avropanın tənzimləyici orqanları bio-dərinin təhlükəsizliyini araşdırır, amma çox yaxında o artıq tibbi və əczaçılıq sahəsində istifadəyə verilə bilər.