Accessibility links

3-D mammoqram testi ilə bağlı araşdırma aparılır [Video]


3-D mammoqram testi ilə bağlı araşdırma aparılır
please wait

No media source currently available

0:00 0:02:09 0:00

3-D mammoqram testi ilə bağlı araşdırma aparılır

Mammoqram 1970-ci illərdən bəri döş xərçəngini yoxlayan standard cihaza çevrilib. Onunla xəstəlik erkəndən müəyyən edilib, müalicə olunduğu üçün döş xərçəngi nəticəsində baş verən ölüm hallarının sayı 30 faiz azalıb. İndi bir çox həkim qadınlara 3D mamoqram testindən keçməyə cağırır, çünki o, döşün daha ətraflı görüntüsünü çıxarır. Lakin texnologiyanın həqiqətən də daha yaxşı nəticə verib-vermədiyinə dair geniş-miqyaslı araşdırma hələ ki, aparılmayıb.

50 yaşından yuxarı qadınlara hər bir və ya iki ildən bir döş xərçənginin olub-olmadığını yoxlamaq üçün mammoqrama testindən keçmək məsləhət görülür. Döş xərçəngi qadınlarda xərçənglə əlaqəli ölüm hallarının ikinci ən əsas səbəbidir.

Qida və Dərman Administrasiyası bu yeni texnologiyanı təsdiqləyib. Amma 3-D-nin həqiqətən də daha yararlı olub-olmaması ilə bağlı araşdırma hələ ki, aparılmayıb
Dr. Tova Koeniqsberq

Milli Xərçəng İnstitutunun apardığı yeni araşdırmada 3D versiyalı mammoqramlar ənənəvi mammoqramlarla müqayisə olunacaq ki, onların şişləri erkən aşkar etmək bacarıqlarının daha yaxşı olub-olmadığı yoxlansın.

“Qida və Dərman Administrasiyası bu yeni texnologiyanı təsdiqləyib. Amma 3-D-nin həqiqətən də daha yararlı olub-olmaması ilə bağlı araşdırma hələ ki, aparılmayıb,” deyə Montefiore Səhiyyə Sistemlərindən Dr. Tova Koeniqsberq bildirir.

İndi isə artıq bununla bağlı araşdırma başladılıb. Tova Koeninqsberq 5 il davam edəcək araşdırmada iştirak edən 100 klinikadan biri olan Nyu Yorkda yerləşən Montefiore Einstein Xərçəng Müalicə Mərkəzində layihə rəhbəridir. Tədqiqatçılar araşdırmaya 165 min qadını cəlb etmək istəyir. Onlardan biri Sabitri Ceypersoddur.

Həkim onun döşündə xoşxassəli şiş tapandan sonra o illik mammoqramlara daha ciddi yanaşır və bu araşdırmanın çox mühüm olduğunu düşünür.

“Bu, dərhal mənim diqqətimi cəlb etdi, çünki hər kəs bundan faydalanır, həmçinin bu, gələcək də üçün çox vacibdir,”o deyir.

Ənənəvi mammoqram testi zamanı döşün yuxarıdan aşağı və sağdan sola rentgeni çəkilir.

“3-D mammoqramında isə kamera bizə döşü müxtəlif bucaqlardan çəkməyə imkan yaradır,” Dr. Koeninqsberq söyləyir.

Mammoqram testi
Mammoqram testi

Amerika Xərçəng Cəmiyyətindən Otis Brauli deyir ki, həkimlər artıq 3-D mammoqram testinin müsbət və mənfi cəhətlərini bilir.

“Bu bizə iki dimensiyalı testin aşkar edə bilmədiyi xəstəlikləri müəyyən etməyə yardım edə bilir. Mənfi tərəfi odur ki, bu test daha bahalıdır, daha yüksək səviyyədə radiasiyası var və bəzən səhvən xəstəliyin olduğunu göstərə bilər,” o deyir.

Hər bir rentgenin, biopsiyanın və xəstəliyin nəticələrini toplayandan sonra tədqiqatçılar qadınların mammoqram testindən necə və nə zaman keçməli olduqları barədə daha dəqiq məlumat verə biləcəklər.

XS
SM
MD
LG