Accessibility links

Niderlandda uçan maşın hazırlanıb [Video]


Niderlandda uçan maşın hazırlanıb
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Özü-özünə idarə olunan maşınları unudun və uçan maşınlarla dolu bir gələcək təsəvvür edin. Ən son uçan maşınlar Niderlandda dizayn edilib. Orada bir şirkət girokopter ilə idman maşının yeni birləşməsinin rəsmi təqdimatını etməyə hazırlaşır.

600 min dollar əlavə pulunuz, eləcə də uçuş və eniş üçün müvafiq əraziniz varsa, PAL-V Liberty adlı iki nəfərlik bu uçan maşınla çox əylənə bilərsiniz.

Rıçaqla rotoru müxtəlif istiqamətə yönləndirmək mümkündür. Yəni rıçağı sağa çəkəndə girokopter sağa, sola çəkəndə sola dönür, irəli çəkəndə isə sürəti artır.
Robert Dingemans

Bu maşın sınaqdan keçmiş və təsdiqlənmiş girokopter konsepsiyasına əsaslanır. Arxasında yerləşən şaquli pər onu itələyir, üstündəki mexaniki güc mənbəyi olmayan daha böyük rotor isə onu havada saxlayır.

Buna bənzər bir neçə uçan maşın mövcuddur, amma bunun bağlı kabinası və onu yollarda sürə bilmək üçün asqılı üç böyük təkəri var,

PAL-V-nin baş icraçı direktoru Robert Dingemans deyir ki, bu uçan maşın çox təhlükəsizdir çünki mühərrik xarab olsa, üstündəki rotor paraşüt kimi işləyəcək. Girokopterin həm də iki mühərriki var.

“Bir mühərrik xarab olsa da, digəri işləyəcək. Tək mühərrik ilə də uzun məsafə getmək olar. Amma mühərrikləri arab olma riski çox azdır, çünki onlar zəmanət verilmiş aviasiya mühərrikləridir,” deyə o bildirir.

Bütün sistemlər hər cür nasazılıqlara qarşı test edilib.

Pal-V Liberty-nin standart sükanı və pedalları var, uçuşu idarə edən hissəsi isə daha da sadədir. Bu da rıçaqdır.

“Rıçaqla rotoru müxtəlif istiqamətə yönləndirmək mümkündür. Yəni rıçağı sağa çəkəndə girokopter sağa, sola çəkəndə sola dönür, irəli çəkəndə isə sürəti artır,” Dingemans söyləyir.

AeroMobil
AeroMobil

Maşından girokopterə çevrilmək prosesi tam avtomatlaşdırılıb və bu proses cəmi 10 dəqiqə çəkir.

Girokopterin mühərriki saatına təxminən yeddi litr benzin işlədir, saatda maksimum 180 kilometr sürətinə çatır və bir bak ilə 500 kilometr məsafə qət edir.

Uçan maşını idarə etmək üçün pilot vəsiqəsi mütləqdir, amma təlim sadəcə bir neçə saat çəkir.

İnsanlar 2019-cu ildə satışa veriləcək ilk uçan maşınlar üçün artıq şirkətə ilkin ödəniş etməyə başlayıblar.

XS
SM
MD
LG