Accessibility links

Şahzadə Uilliyam və Keyt ikinci övladlarını gözləyir


Kraliça Yelizavetanın nəvəsi Britaniya şahzadəsi Uillyam və onun həyat yoldaşı Keyt ikinci övladlarını gözləyir.

Kral ailəsi xəbəri bu gün elan edib.

Cütlüyün ilk övladı şahzadə Corc ötən ilin iyulu dünyaya gəlib. İkinci övladın doğum günü barədə məlumat verilməyib.

Bukinqem sarayının açıqladığı bəyanatdan kraliça və kral ailəsinin bütün üzvləri xəbərə sevinib.

Britaniya baş naziri Deyvid Kameron bu barədə tvitter hesabında rəy bildirib.

Şahzadə Uillyam Britaniya krallığına ikinci, Corc isə üçüncü namizəddirlər.

XS
SM
MD
LG