Accessibility links

Yeni texnologiyalar Uimbldonu daha cəlbedici edir


Yeni texnologiyalar Uimbldonu daha cəlbedici edir
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Yeni texnologiyalar Uimbldonu daha cəlbedici edir

Dünyanın ən qədim tennis yarışması olan Uimbldon turniri yeni texnologiyalar tətbiq edir.

Minlərlə tennis həvəskarı kortlardakı oyunlara baxdığı an, onlarla mütəxəssis bunker adlanan IBM texnologiya otağında kompüter ekranlarını izləyirlər.

Burada hər bir tennisçinin hər bir hərəkəti izlənilir, arxivləşdirilir və təhlil edilir.

Toplanılan bu məlumatların imkan verir ki, tennisçilərin fiziki və psixoloji göstəricilərini nəzərə alaraq, Uimbldon tarixinin ən yaxşı oyunçusu müəyyən edilsin.

IBM texnologiyası 30 ilə yaxındır ki, Uimbldon turnirinin ayrılmaz bir parçasıdır.

“Biz fəaliyyətimizə oyunlardan statistikanı televiziya ekranlarına yerləşdirmək məqsədi ilə başlamışdıq. O zamandan bəri statistik məlumatlar daha da mürəkkəbləşib. Məsələn, topun sürəti və buna bənzər məlumatları azarkeşlər oyuna baxan an görə bilirlər. İndi isə əlimizdə olan süni intellekt sistemləri ilə təqdim edəcəyimiz məlumatların miqyası daha da genişdir”

Məsələn, IBM-in Uimbldon üçün yaratdığı, turnirin britaniyalı çempionu Fred Perriyə həsr edilmiş “Freddən soruş” mobil əlavəsi.

Azarkeşlər bu mobil əlavəni istifadə edərək, oyunların keçirildiyi kortları və ya kortlara yaxın yemək yeyə biləcək yerləri müəyyən edə bilərlər. Bu mobil əlavəyə ediləcək yeniliklərlə azarkeşlər, oyunlara baxmadan, sevimli oyunçuların göstəricilərini əldə edə biləcəklər.

IBM-in Uotson adlı superkompüteri bütün məlumatları toplayaraq, təhlil edir. Nəticədə kompüter, tennisçinin cari vəziyyətdə attığı addımla yanaşı, həmin vəziyyətə verə biləcəyi potensial reaksiyanı da proqnoz edə bilir. Bu təhlillər azarkeşlərə növbəti oyundakı rəqabətin çətin və ya asan olacağını belə proqnoz edə bilər.

Bu məlumatlar tennis həvəskarlarına hansı oyunu izləmək istədikləri müəyyən etməyə yardımçı olacaq.

“Bizim topladığımız məlumatlara hətta tennisçilərin qələbəni necə bayram etmələri və ya azarkeşlərin oyunda baş verənlərə necə reaksiya vermələri də daxildir.”

Texnoloji yeniliklər gələcəldə müxtəlif idman yarışlarından daha çox zövq almaq imkanı yaradacaq.

XS
SM
MD
LG