Ukrayna ordusu cümə axşamı gecə boyu Rusiya qüvvələrinin 35 drondan istifadə edərək, bir çox bölgəyə hücum etdiyini bildirib.
Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri pilotsuz təyyarələrdən biri istisna olmaqla, hamısını vurub və həmin əməliyyatlar Kyiv, Xerson, Dnepropetrovsk, Mikolayiv, Çernihov və digər ərazilərdə həyata keçirilib.
Yerdə tələfat və dağıntılar barədə məlumat yoxdur.
Rəsmilər Rusiyanın hücumu zamanı Dnepropetrovsk vilayətinin cənubundakı Nikopol şəhərində iki nəfərin öldüyünü bildirib.
Bölgə qubernatoru Serhiy Lısak sosial mediada 86 yaşlı bir kişinin də xəstəxanaya aparıldığını yazıb.
Lısakın dediyinə görə, Rusiyanın hücumu nəticəsində bir neçə ev və təsərrüfat binası zərər görüb.
Forum