Accessibility links

Ukraynanın "Donbas Batalyonu" döyüşə hazırdır [Video]


Ukrayna könüllülərinin "Donbas Batalyonu"
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Ukraynanın könüllülərdən ibarət hökumətpərəst “Donbas Batalyonu” atəşkəsdən cəmi bir neçə gün əvvəl Milli Qvardiyaya birləşdiyini elan etdi. Bu hadisə yeni prezidentin elan etdiyi atəşkəsin ortasında baş verdi. Amerikanın Səsi qruplaşmanın planları haqda məlumat əldə etməyə çalışıb.

“Donbas batalyonu” adi hərbi dəstə deyil. Bu dəstə may ayında ölkənin şərq bölgəsindəki Rusiyapərəst separatçılarla mübarizə aparmaq üçün yaranıb. Bu dəstəyə yazılan könüllülərin çoxu Donbas regionundandır. Dəstə üzvlərinin yarısının hərbi təcrübəsi var. Lakin bu dəstənin üzvlərində hərbi peşəkarlıqdan çox Ukraynaya sevgi və ruh yüksəkliyi var.

“Yaşasın Ukrayna!” və “Düşmənə ölüm!” şüarları bağıran bu dəstə separatçılarla döyüşən Ukrayna ordusuna yardım üçün ölkənin şərqinə yola düşməyə hazırlaşır.
Cəmi üç həftə təlim keçən bu döyüşçülər Rusiya tərəfindən dəstəklənən güclü hazırlıqlı partizanlarla üz-üzə gələcək.

Dəstə şərq bölgəsində yeni prezident Petro Poroşenkonun yaraqlıların tərk-silah edilməsi və bölgəni tərk etməsi qərarından sonra göndərilir. Lakin heç bir tərəf atəşkəsə riayət etməyib və keçən həftə sonu döyüşlər davam edib.

Batalyon komandiri Semyon Semyonçenko hücum edildiyi təqdirdə cavab atəşi açılacağını deyir. “Prezidentin moratoriumuna gəldikdə, biz ona əməl edəcəyik. Lakin onlar bizə hücum edəcək və biz cavab verməli olacağıq. Günün sonunda bura bizim evimizdir, biz hamımız Donbasda yaşayırıq və ona görə də orada toplaşırıq.”

“Donbas Batalyonu” Ukraynanın Milli Qvardiyasına qoşulub və onlar əsasən sadə ukraynanılar tərəfindən maliyyələşdirilir. Döyüşçülərin çoxu şərqdə ailələrinin taleyindən narahat olduqlarına görə üzlərini göstərməkdən çəkinir. Onlardan biri “Pişik” ləğəbi ilə tanınır. “Pişik” tibb işçisi olduğunu insanların ölməsinə nifrət etdiyini və vətəninin taleyindən narahat olduğunu deyir.

Könüllülərin çoxu döyüşə hazırdır. Adının Viktor olduğunu deyən bu könüllü separatçılar hücum edərkən nə edəcəyini deyir. “Bu, sülh planında da deyilir: əlbəttə, mən cavab atəşi açacağam.”

Gənc könüllülərin çoxu onları buraya vətən sevgisi gətirdiyini deyirlər. Ən əsası isə onlar ailələri uğrunda döyüşdüklərini bildirirlər.

XS
SM
MD
LG