Accessibility links

Ukraynalılar atəşkəsə riayət olunmasını istəyir [Video]


Ukraynalılar atəşkəsə riayət olunmasını istəyir
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Rusiya tərəfdarı separatçılarla mübarizə aparan Ukrayna hərbi qüvvələrinin regional baş qərargahının yerləşdiyi Kramatorsk şəhərində keçən həftə raket hücumu zamanı ölənlərin xatirəsi anılır.

Kramatorsk sakinləri çərşənbə axşamı şəhərə yağan bombaların öldürdüyü insanların xatirəsini anır. Ukraynanın gələcəyi uğrunda mübarizə aparan Donetsk regionunun qubernatoru Aleksandr Kitenko bu döyüşlərdə həlak olanların yalnız döyüşçülər olmadığını deyir. “Bu gün burada ölənlərin xatirəsini andığımız bir vaxt, Donetsk regionunda dinc əhaliyə qarşı hücumlar davam edir.”

Keçən ilin aprel ayından bəri Ukraynanın şərqində gedən döyüşlər 5 min 300-dən çox insanın həyatına son qoyub.

Kramatorskda keçirilən anım mərasimində iştirak edənlərdən bəzilərinin əlindəki şüarlarda üsyançıları dəstəkləyən Rusiya prezidenti Vladimir Putin ittiham edilir. Lakin cənab Putin bu ittihamları rədd edir.

Şəhər şurasının üzvü Volodimir Rjavski Kramatorsk hücumlarının insanlığa qarşı cinayət olduğunu deyir. “Ukrayna qan içərisindədir. Nə qədər günahsız qurban olacaq? Dünya buna qarşı çıxmalı, təcavüzkar ölkə cavab verməlidir!”

İnsan haqları qrupu Human Rights Watch hər iki tərəfin səpələnən bombalardan istifadə etdiyini və Ukrayna ordusunun da üsyançıların nəzarətindəki yaşayış məntəqələrini bombaladığını deyir.kitenko

Artıq bir milyon insan zorakılıqlardan qaçmalı olub. Qaçqınlardan biri də Kramatorsk sakini Ella Nesterenkodur. O, atəşkəsə nail olunacağına çox az inanır. “Biz Minskdə əldə edilən atəşkəs razılığına ümid edirik. Yaxınlarını itirmək çox qorxulu və ağrılıdır.”

Keçən həftə Birləşmiş Ştatlar Rusiya artilleriyasının dəmir yolu qovşağı ətrafındakı döyüşlərini əks etdirən peyk fotoşəkillərini açıqlayıb. Rusiyanın Müdafiə Nazirliyi isə bu iddiaları rədd edir.

Amerikanın Səsi ilə söhbəti zamanı qubernator Kitenko atəşkəsə nail olmaq üçün Putinə təzyiqləri artırmağın lazım olduğunu deyir. “Mən atəşkəsə əməl olunmasını istəyirəm. Bütün dünya bunu istəyir. Lakin hər şey bir nəfərin əlindədir. Biz onu gözləyirik”.

Hərbi bazası Slavyanskda yerləşən Ukrayna hərbçiləri isə deyirlər ki, atəşkəsə əməl olunsa müasir və güclü texnika olmadan belə, Debaltsevonu əldə saxlaya bilərlər.

XS
SM
MD
LG