Accessibility links

Donetskin daş kömür mədənində partlayış olub [Fotoqalereya]


Bu gün Ukraynanın separatçıların nəzarətindəki şərq bölgəsinin daş kömür mədənində baş verən patlayış onlarla şaxtaçının ölməsinə və ya itkin düşməsinə səbəb olub.

Donetsk şəhərindəki üsyançıların bildirdiyinə görə, partlayış bu bölgədə həyata keçirilən bomba hücumları səbəbindən baş verməyib.

Donetskin Zasyadko daş kömür mədənində xilasetmə işlərinin davam etdiyi deyilir. Xəsarət alan şaxtaçılardan bəziləri mədəndən beş cəsədin çıxarıldığını bildirib.

Kiyev rəsmiləri partlayış nəticəsində azı 33 şaxtaçının öldüyünü bildirsə də, az sonra bu məlumat təkzib edilib.

Yerli rəsmilər partlayışın hansı səbəbdən baş verdiyinin məlum olmadığını və həmin vaxt şaxtada 200-dən çox işçinin olduğunu bildirib. Şaxtaçılardan biri isə Amerikanın Səsinə deyib ki, çox dərində olmadıqları üçün partlayış baş verəndə onun özü və digər 7 nəfər qaça bilib.

XS
SM
MD
LG