Accessibility links

Ukrayna raketləri Rusiyanın Krasnodar vilayətindəki neft terminalında yanğına səbəb olub


Cümə günü Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən atılan raketlər Rusiyanın Krasnodar vilayətinin Kavkaz limanındakı neft terminalına düşüb. Bu barədə Ukrayna ordusu Telegram-da bildirib.

Ordunun bildirdiyinə görə, Ukrayna istehsalı olan "Neptun" raketləri ilə həyata keçirilən hücum zamanı ərazidə partlayışlar baş verib. Ordu oraya dəyən zərəri müəyyən etməyə çalışır.

Açıqlamada Ukraynanın pilotsuz təyyarələrinin Krasnodar vilayətindəki daha bir neft anbarına da zərbələr endirdiyi deyilib.

"Rusiyanın "müasir" və "effektiv" hava hücumundan müdafiə sistemi bizim raketlər və pilotsuz sistemlər qarşısında aciz olduğunu bir daha sübut etdi və Rusiya ordusunun maddi-texniki təchizatı üçün istifadə olunan mühüm obyektləri qoruya bilmədi" - deyə, Ukrayna ordusu bildirib.

Rusiya Müdafiə Nazirliyi Telegram kanalında bildirib ki, onun hava hücumundan müdafiə sistemləri Krasnodarı hədəf alan 5 raket və 29 pilotsuz uçuş aparatını məhv edib.

Yerli Rusiya rəsmilərinin bildirdiyinə görə, vurulan dron qalıqları Temryuk rayonundakı neft anbarında yanğına səbəb olub, yanacaqla dolu bir neçə çən zədələnib, iki nəfər yaralanıb.

Forum

XS
SM
MD
LG