Accessibility links

Ukraynanın Poltava bölgəsində tranzit qaz kəmərində partlayış olub


Ukraynanın daxili işlər naziri bunun terror aktı olduğunu istisna etmir

Ukrayna rəsmiləri bu gün Rusiyadan Qərbi Avropaya tranzit təbii qaz kəmərinin Poltava regionunda partlamasının terror aktı ola bildiyini deyirlər.
Arsen Avakov
Arsen Avakov
Ukraynanın daxili işlər naziri Arsen Avakov qaz kəmərində partlayışın bir neçə səbəbdən baş verə bildiyini deyib və əsas səbəblərdən birinin terror aktı olduğunu bildirib.

Nazir yerli sakinlərin qaz kəmərində yanğından əvvəl bir-birinin ardınca iki partlayışın baş verdiyini dediklərini bildirib və əlavə edib ki, bu, partlayışın qəsdən törədildiyi deməkdir.

Yerli rəsmilər sakinlərə istinadən qaz kəmərində baş verən yanğın nəticəsində tüstünün 200 metr yüksəkliyə çatdığını bildiriblər.

Cənab Avakov deyib ki, keçən ay da Ukrayna rəsmiləri ölkənin qərbindəki qaz kəmərlərində iki hücum cəhdinin qarşısını alıb.
XS
SM
MD
LG