Accessibility links

Britaniya Müdafiə Nazirliyi: Rusiya Ukraynada havadan hücumlarını azaldıb


Britaniyanın Müdafiə Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, Rusiya taktiki döyüş təyyarələrinin Ukrayna üzərində yerinə yetirdiyi missiyaların sayı gündə 300-lə müqayisədə "əhəmiyyətli dərəcədə azalıb" və gün ərzində "onlarla uçuşa enib".

Nazirlik Twitter səhifəsində dərc etdiyi kəşfiyyat bülletenində Rusiyanın 60-dan çox hərbi təyyarəsini itirdiyini bildirib.

Nazirlik bildirib ki, missiyaların azalması "çox ehtimal ki, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin təhlükəsinin yüksək olması, Rusiya təyyarələri üçün uçuş saatlarının məhdudlaşdırılması və pis hava şəraitinin nəticəsidir".

"Rusiyanın yerüstü hücum taktikası əsasən vizual tanıma və idarə olunmayan döyüş sursatlarına əsaslandığı üçün Rusiya Hərbi Hava Qüvvələri çox güman ki, qışın pis hava şəraitində yerüstü hücum əməliyyatlarını azaldacaq" - deyə, Britaniyanın Müdafiə Nazirliyi bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü etdiyi müraciətində Ukraynada Rusiyada olmayan bir şeyin olduğunu deyib. "Biz öz evimizi müdafiə edirik və bu bizə mümkün qədər güclü motivasiya verir. Biz azadlıq uğrunda mübarizə aparırıq və bu, istənilən qüvvəni artırır. Biz həqiqəti müdafiə edirik və bu, bütün dünyanı Ukrayna ətrafında birləşdirir" , Zelenski deyib.

Ukrayna lideri, həmçinin ukraynalıları "bu qışdan çıxmaq üçün" bir-birlərinə yardım etməyə çağırıb. O, "xahiş edirəm, yardım edə biləcəyinizi və necə yardım edə biləcəyinizi soruşmayın. Sadəcə, gərəkdirsə bacardığınız yardımı edin" deyib.

ABŞ Dövlət katibi Antoni Blinken bazar günü deyib ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların dəyəri hər gün artmaqdadır və bu, Moskvanın Ukraynadakı müharibəni davam etdirməsi üçün silahlarını artırmasını çətinləşdirir.

Blinken bildirib ki, ABŞ və müttəfiqləri tərəfindən ticarətə tətbiq edilən nəzarətə görə, Rusiya Ukraynanın döyüş meydanlarında məhv edilmiş və ya Moskva qüvvələri geri çəkilərkən itirdiyi silah-sursat hissələrini əldə edə bilməz.

XS
SM
MD
LG