Accessibility links

Rusiyanın Dniproya endirdiyi raket zərbəsi nəticəsində azı 40 nəfər ölüb


Ukrayna rəsmilərinin bazar ertəsi bildirdiyinə görə, Rusiyanın Dniprodakı yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb və xilasedicilər dağıntılar altında sağ qalanların axtarışını davam etdirir.

Dnepropetrovsk vilayətinin qubernatoru Valentin Rezniçenko sosial mediada hücum zamanı 75 nəfərin yaralandığını, 35 nəfərin sə taleyinin məlum olmadığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı Kh-22 raketinin Rusiyanın Kursk bölgəsindən atıldığını bildirib. Hərbi rəsmilər Ukrayna qüvvələrinin Rusiyanın həmin gün atdığı 33 raketdən 21-ni vurduğunu, lakin Ukraynada Kh-22 raketini ələ keçirə biləcək sistemin olmadığını bəyan edib.

Rusiya qüvvələri fevral ayında Ukraynaya hücum edəndən bəri dəfələrlə mülki hədəflərə zərbələr endirib.

Rusiya rəsmiləri bunu dəfələrlə təkzib edib. Bazar ertəsi Kremlin sözçüsü Dmitri Peskov bir daha Rusiya qüvvələrinin "zərbələri yaşayış binaları və ya sosial infrastruktura deyil, hərbi obyektlərə endirir" deyib. Peskov bildirib ki, Dniproda baş verənlərə Ukraynanın Hava Hücumundan Müdafiə qüvvələri səbəb olub.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü gecə etdiyi çıxışı zamanı hücumdan sonra dünyanın hər yerindən gələn dəstək sözlərinə görə minnətdarlığını bildirib və əlavə edib ki, "normal insanların terrora cavab olaraq bir araya gəlməsi çox vacibdir".

O, Rusiyada buna qarşı "bir neçə kəlmə belə deməyənləri" qınayıb.

"Şər qorxaqlığa çox həssasdır Şər həmişə ondan qorxanları və ya onunla razılaşanları xatırlayır. Sizin dalınızca gələndə isə sizi qoruyan olmayacaq” Zelenski deyib .

Ukraynanın şimaldakı qonşusu Belarus bazar ertəsi Rusiya ilə birgə hərbi təlimlərə başlayıb. Belarusun Müdafiə Nazirliyi təlimlərin fevralın 1-dək davam edəcəyini və ölkənin bütün hərbi aerodromlarından istifadə ediləcəyini bildirib.

Rusiya hərbi müdaxiləyə başlayanda on minlərlə hərbçisini Ukraynaya göndərməzdən əvvəl də Belarusda hərbi təlimlər keçib.

Kreml Qərbin Ukraynaya vəd etdiyi son yardıma cavab olaraq bildirib ki, Britaniyanın göndərməyi planlaşdırdığı tanklar "digərləri kimi yanacaq".

Britaniya şənbə günü Rusiyanın hücumunu dəf etmək üçün Ukraynaya Challenger 2 tanklarını göndərəcəyini bəyan edib.

Challenger 2 Britaniyanın əsas döyüş tankıdır. Ordunun məlumatına görə, o, digər tanklara hücum etmək üçün nəzərdə tutulub və 1994-cü ildən xidmətdədir.

XS
SM
MD
LG