Accessibility links

Britaniya: Ukrayna İran istehsalı dronları getdikcə daha uğurla vura bilir


Britaniya Müdafiə Nazirliyinin oktyabrın 24-də bildirdiyinə görə, Rusiya Ukrayna daxilindəki hədəflərə qarşı İran istehsalı olan dronlardan istifadə etməyə davam etdiyi vaxt Ukrayna Rusiyanın istifadə etdiyi Şahed-136 pilotsuz uçuş aparatlarını (PUA) "getdikcə daha uğurla" vurmağa nail olur.

Nazirliyin müntəzəm olaraq yenilədiyi məlumatlarında deyilir ki, dronlar yavaş, səsli və aşağı hündürlükdə uçduğu üçün adi hava hücumundan müdafiə vasitələri ilə asanlıqla hədəf alınır.

Məlumatda rəsmi Ukrayna mənbələrinə, həmçinin "hücumların 85 faizinə qədərinin qarşısının alındığını" bildirən prezident Volodimir Zelenskiyə istinadən edilib.

Ukrayna Rusiyanın ölkə infrastrukturunu hədəfə doğru hərəkət edən və zərbə endirilən zaman partlayan Şahed-136 dronları ilə vurduğunu bildirib. İran və Rusiya bu ittihamları rədd edib.

Tehran oktyabrın 22-də Fransa, Almaniya və Britaniyanın Ukraynaya hücumlar zamanı Rusiyanın İran istehsalı olan dronlardan istifadə etdiyinə dair iddiaları araşdırmaq üçün BMT-yə müraciətini tənqid edib.

Bununla belə, Britaniya kəşfiyyatı bildirib ki, Rusiya belə görünür Ukraynanın getdikcə daha effektiv hava hücumundan müdafiə sistemlərinə nüfuz etmək üçün çox sayda Şahed-136-lardan istifadə edir.

Məlumatda eləcə də, Rusiyanın həmin dronlardan öz istehsalı olan və getdikcə azalan uzaqmənzilli dəqiq silahlara əvəz olaraq istifadə etdiyi ehtimalı irəli sürülür.

XS
SM
MD
LG