Accessibility links

ABŞ Rusiyanın Ukraynada 75 mindən çox hərbçi itrdiyini ehtimal edir


ABŞ Konqresinin Demokrat üzvü Elissa Slotkinin verdiyi məlumata əsasən fevral ayında Rusiyanın Ukrayana hücuma başlamasından bu günə kimi 75 mindən çox rus hərbçinin öldürüldüyü və ya yaralandığı güman edilir. Bu isə Rusiyanın Ukraynanı işğal etmək üçün göndərdiyi qoşunun təxminən yarısıdır.

Prezident Co Bayden administrasiyasının rəsmiləri ilə məxfi brifinqdə iştirak etdikdən sonra CNN-ə danışan Elissa Slotkin rəqəmlərin "yüksək" olduğunu bildirib:

"Bizə məlumat verildi ki, 75.000-dən çox rus ya öldürülüb, ya da yaralanıb, hansı ki, bu çox böyükdür. Onların quru qoşunlarına inanılmaz sərmayələr yatırılır, onların quru qoşunlarının 80 faizindən çoxu bataqlığa düşüb və onlar yorulublar".

Hərbi itkilər hətta sülh dövründə belə Rusiyada dövlət sirridir və Moskvanın ölən hərbçilərinin sayı ilə bağlı yenilənmiş rəsmi rəqəmləri yoxdur.

Bundan əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin apardığı ən son hesablamalara əsasən döyüşlərdə 15 min rus əsgərinin həlak olduğu bildirilirdi.

Bu yaxınlarda Ukrayna səfərindən qayıdan Slotkin bildirib ki, qarşıdakı üç-altı həftə münaqişənin hansı istiqamətə getməsi ilə bağlı həlledici ola bilər.

“Düşünürəm ki, prezident [Volodimir] Zelenskidən qətiyyətlə eşitdiyimiz və bu gün tətbiq olunan odur ki, ukraynalılar həqiqətən qış gəlməmiş Rusiyaya zərbələr endirmək niyyətindədir, onları mümkün qədər saxlayıb, cənuba doğru sıxışdırma istəyirlər".

Yeni rəqəmlər təsdiqlənərsə Ukrayna strateji əhəmiyyətə malik Xerson şəhərini geri almaq əks hücuma başladığl bir vaxt bu Rusiya üçün ağır itkilər demək olacaq.

XS
SM
MD
LG