Accessibility links

Rusiya ordusu Ukraynanın Jitomir vilayətini vurub, yaşayış binaları dağılıb, ölən var


Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının bildirdiyinə görə, iyunun 9-na keçən gecə Rusiya qoşunları Ukraynaya pilotsuz uçuş aparatları və qanadlı raketlərlə zərbələr endirib.

Cənubdan 16 "Şahed" pilotsuz təyyarə, Xəzər dənizi regionundan "Tu-95" bombardmançı təyyarələrdənisə 6 qanadlı raket buraxılıb. Xəbərdə deyilib ki, hava hücumundan müdafiə sistemi 10 pilotsuz təyyarə və 4 raketi vurub.

Keçən gecə Ukraynada genişmiqyaslı hava həyəcanı elan edilib. Partlayışların Jitomir və Roven vilayətlərində partlayışlar baş verdiyi bildirilib.

Jitomir vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Buneçkonun ilkin məlumatına görə, hava hücumu zamanı Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən bir raket vurulub. Qırıntılar Zvyagel şəhərində bir evi dağıdıb, daha 12 evə ziyan dəyib. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Xarkiv vilayətinin başçısı Oleq Sinequbovun bildirdiyinə görə, iyunun 9-na keçən gecə Xarkiv, Kupyansk, Çuquyevsk və Boqoduxovsk rayonlarının mülki əhalisinə və infrastrukturuna zərbələr endirilib.

Onun sözlərinə görə, Boqoduxovsk rayonunda yanğınlar baş verib və 35 yaşlı kişi xəsarət alıb. Çuquyevsk rayonunun Volçansk şəhərində tibb müəssisəsinin binasına, yaşayış binalarına və tikililərə ziyan dəyib. 63 yaşlı kişi və 69 yaşlı qadın xəsarət alıb.

Bir gün əvvəl, iyunun 8-nə keçən gecə Rusiya hərbçiləri Donetsk vilayətində Ukrainskini atəşə tutub. Şəhərdə iki fərdi yaşayış evi və 14 hündürmərtəbəli binaya ziyan dəyib. Biri uşaq olmaqla, 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

XS
SM
MD
LG