Accessibility links

Ukrayna: Donetsk və Luhansk vilayətlərinin şərqində şiddətli döyüşlər gedir


Ukraynanın Baş naziri Denis Şmıqal
Ukraynanın Baş naziri Denis Şmıqal

Ukrayna rəsmiləri Donetsk və Luhansk vilayətlərinin şərqində şiddətli döyüşlərin getdiyini bildirib.

Xatırladaq ki, Xerson və Zaporijye vilayətləri ilə birlikdə bu bölgələr də sentyabr ayında Kyiv və Qərbin qınadığı qondarma "referendum"dan sonra Rusiya tərəfindən ilhaq edilib.

"Ukrayna hərbçiləri Svatovo-Kremennaya (Luhansk vilayəti) istiqamətində düşməni bir az geri itələməyə nail olub. Yerli sakinlər yaxınlıqda döyüşlərin getdiyini eşitdiklərini deyir" qubernator Sergey Qaydar televiziya ilə çıxışında deyib.

Keçən həftə Rusiya qoşunları Ukraynanın əks-hücumundan sonra Xersondan geri çəkilib. Bu, Rusiyanın fevralın 24-ü işğalından sonra ələ keçirdiyi yeganə regional paytaxt idi. Bu, bütün müharibə boyu Rusiya qüvvələrinin üçüncü böyük geri çəkilişi idi.

Ukrayna hökuməti bu həftənin əvvəlində Rusiyanın Ukraynanın doqquz aydır davam edən müharibədə mülki infrastrukturuna ən ağır zərbələr endirməsindən sonra ölkənin elektrik təchizatını bərpa etmək üçün çox çalışdıqlarını bildirib.

Partlayışlar Odessa, Kyiv, Dnepr və Zaporijyedə baş verib. Rəsmilərin dediyinə görə, bu hücumlar zamanı iki nəfər ölüb.

"İnterfaks Ukrayna" Baş nazir Denis Şmıqaldan sitat gətirib: "Raketlər hazırda Kyiv üzərində uçur".

"Terrorçuların nə istədiklərindən, nəyə nail olmağa çalışmalarından asılı olmayaraq, biz bu qışdan sağ çıxmalıyıq və baharda bütün ərazilərmizi işğaldan azad etmək üçün indikindən daha güclü, indikindən də hazır olmalıyıq" - deyə, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Yerli hakimiyyət orqanları Dneprdə azı 15, Xarkivda 3, Odessada isə azı 1 nəfərin yaralandığını deyib.

Bu arada, Ukraynanın daxili işlər naziri cümə axşamı bildirib ki, müstəntiqlər Rusiya qoşunlarının geri çəkilməsindən sonra işğaldan azad edilən ərazidə üzərlərində işgəncə izləri olan 63 cəsəd tapılıb.

XS
SM
MD
LG