Accessibility links

Rusiyaya məxsus raket Zaporijye şəhərindəki yaşayış binasına dəyib


Ukrayna rəsmilərinin cümə axşamı bildirdiyinə görə, Rusiyaya məxsus raket Ukraynanın cənubundakı Zaporijye şəhərində yaşayış binasına dəyib və azı üç nəfər həlak olub.

Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında raketin binanın üç mərtəbəsini dağıtdığını və axtarışların davam etdiyini yazıb.

"Terrorçu dövlət xalqımızın hər gününü terror gününə çevirmək istəyir. Amma bizim torpaqda şər hökm sürməyəcək. Biz bütün işğalçıları qovacağıq və onlar hər şeyə görə mütləq cavab verəcək" - deyə, Zelenski bildirib.

Ukrayna ordusu cümə axşamı bildirib ki, Rusiya qüvvələri aylardır şiddətli döyüşlərin aparıldığı Bahmut şəhərinə "hücuma və irəliləməyə davam edir".

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar çərşənbə günü Rusiya qüvvələrinin orada mövqelərini tədricən gücləndirsə də, Kyivin Baxmuta əlavə qüvvə göndərdiyini bildirib. Lakin o, şəhəri müdafiə etmək üçün nə qədər hərbçinin yerləşdirildiyi və ya onlardan necə istifadə ediləcəyi barədə məlumat verməyib.

Bahmutda ölənlərin sayı hər iki tərəfi heyrətləndirib. Ukrayna möhkəm dayansa da, Rusiyanın qoşunlarını gücləndirilməsi ona şəhər ətrafındakı kənd və qəsəbələri ələ keçirməyə və onu üç tərəfdən mühasirəyə almağa imkan verib.

Bahmut və onun ətrafında gedən döyüşlərin əksəriyyətində Putinlə sıx əlaqəsi olan Yevgeni Priqojinin "Vaqner Qrupu"nun muzdlu hərbçiləri iştirak edib.

Çərşənbə günü Priqojin sosial mediada yayımladığı audio-müraciətində deyib ki, Ukrayna qüvvələrinin şəhərdən geri çəkilməsinə dair heç bir əlamət yoxdur.

XS
SM
MD
LG