Accessibility links

Ukrayna Zaporijye vilayətində genişmiqyaslı hücum əməliyyatına başladı


Qərb və Ukrayna rəsmilərinin bildirdiyinə görə, bir neçə həftədir əks-hücumu davam etdirən Kyiv Rusiya qüvvələrini Ukraynanın cənub-şərqindən çıxarmaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb və minlərlə hərbçi döyüşlərə cəlb olunub.

Qərb rəsmisi bildirib ki, qoşunların sayı və atəş gücü əsasən Zaporijye bölgəsində cəmləşib. Bu məlumatı Ukrayna rəsmisi məmur anonimlik şərti ilə paylaşıb.

Müdafiə nazirinin müavini Anna Malyar qoşunların Zaporijye vilayətindəki Melitopol şəhərinə doğru irəlilədiyini desə də, Ukrayna rəsmiləri əks-hücum başlayandan bəri döyüşlər barədə əsasən sükut saxlayıb.

ABŞ dövlət katibi Antoni Blinken döyüşlərin “intensiv” getdiyini desə də, təfərrüatlara varmaqdan boyun qaçırıb.

The New York Times qəzetinin yazdığına görə, Ukraynanın cənub-şərqindəki regionda həyata keçirilən hücumda Qərbdə təlim keçmiş hərbçilər iştirak edib və Qərbdən alınan texnikanın ən yaxşı nümunələrindən istifadə edilib. Həmin döyüşçülər indiyədək əsasən ehtiyatda saxlanılıblar.

The New York Times qəzeti Ukrayna rəsmilərinin ABŞ-ı Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın minalanmış sahələri və müdafiə xətləri vasitəsilə cənuba, Tokmok şəhərinə doğru doğru irəliləməyə çalışdığı barədə məlumatlandığını bildirib. Uğurlu olarsa, Ukrayna hərbçiləri Melitopola yol açacaq.

Pentaqon mənbələri bildiriblər ki, bölgədəki hücumun məqsədi Ukraynanın cənubunda Rusiya tərəfindən işğal olunmuş bölgələri ilhaq edilmiş Krımla birləşdirən quru dəhlizi kəsməkdir. Qəzet yazır ki, Ukrayna Silahlı Qüvvələrinin yeni əməliyyatı bir həftədən üç həftəyə qədər vaxt apara bilər.

XS
SM
MD
LG