Accessibility links

Ukrayna Rusiya dronlarının enerji infrastrukturunu hədəf aldığını bildirir


Ukrayna rəsmiləri çərşənbə günü bildirib ki, Rusiya ölkəni 17 dron, iki qanadlı raket və bir balistik raketlə hədəf alıb.

Ukrayna hava qüvvələri dronlardan 14-nü vurduğunu və bunun Mikolaiv və Odesa regionlarında baş verdiyini bildirib. Ukraynanın hava hücumundan müdafiə sistemləri həmçinin Odesanı hədəf alan üç raketdən ikisini vurub.

Odesa bölgəsinin qubernatoru Oleh Kiper Telegram-da bildirib ki, Rusiyanın hücumunda enerji, nəqliyyat və logistika infrastrukturları hədəf alınıb, bir neçə obyektə ziyan dəyib, ən azından iki nəfər xəsarət alıb.

Mikolaivin qubenatoru Vitaliy Kim Telegramda bildirib ki, dron hücumu orada enerji infrastruktura ziyan vurub, nəticədə elektrik kəsintiləri olub ki, onlar da bir neçə saat sonra bərpa edilb.

Rusiya müdafiə nazirliyi çərşənbə günü bildirib ki, gecə Bryansk regionu üzərində Ukraynanın dron hücumunun qarşısını alaraq, beş dronu məhv edib.

Bryanskda hər hansı ziyan barədə dərhal məlumat verilməyib.

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı bildirib ki, o, ABŞ-n Repsublikaçılar partiyasından prezidentliyə gözlənilən namizəd Donald Trampı Ukraynanı ziyarət etməyə çağırıb.

Prezident Axel Springer media orqanları ilə müsahibədə deyib ki, o, Trampın Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaqla bağlı təkliflərini eşitmək istəyir Ancaq Zelenski Trampın müharibənin yalnızca Ukrayna böyük torpaq sahəsi verdiyi təqdirdə bitəcəyinə dair fikrində maraqlı olmadığını bildirib.

“Razılaşma belədirsə ki, biz sadəcə olaraq ərazilərimizi veririk…o zaman, bu çox primitiv fikirdir,” Zelenski deyib. “Mənə real fikir lazımdır, çünki insanların həyatı təhlükədədir.”

ABŞ ordusu çərşənbə axşamı bildirib ki, İran qüvvələri Yəməndə Tehranın dəstəklədiyi husi üsyançılarına çatdırmaq istəyərkən, onlardan ələ keçirdiyi bir sıra kiçik silah və sursatları Ukraynaya verib.

Bunlara 5 mindən çox AK-47 hücum silahlar, reaktiv qumbaraatanlar, pulemyotlar, snayper tüfəngləri və 500 mindən çox sursat daxildir ki, ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, ABŞ onları 2021-ci ilin may ayı ilə 2023-cü ilin fevral ayında dörd gəmidən ələ keçirib.

ABŞ bildirib ki, “bu silahlar Ukraynaya Rusiyanın işğalına qarşı müdafiə olunmağa yardım edəcək” və bir briqadanı təchiz edəcək qədərdir.

Bununla belə, Ukrayna silah çatışmazlığı ilə üzləşir. Buna qismən səbəb ABŞ Nümayəndələr Palatasında Ukraynaya daha çox yardıma qarşı çıxan sağçı Respublikaçı qanunvericilərin ABŞ-ın 60 milyard dollar dəyərindən yeni silah yardımı paketinin nəzərdən keçirilməsinin qarşısını almasıdır. Nümayəndələr Palatasının Spikeri Mayk Conson deyib ki, o, yardım paketini bu həftə səsverməyə qoyacaq.

Zelenski deyib ki, Kyiv qüvvələri ABŞ-ın əlavə silah yardımı olmadan iki illik müharibədə Rusiyaya məğlub olacaqlar.

Forum

XS
SM
MD
LG