Accessibility links

Ukraynada dağılan məktəblər yenidən qurulur


Ukraynada dağılan məktəblər yenidən qurulur
please wait

No media source currently available

0:00 0:03:26 0:00

Ukraynada dağılan məktəblər yenidən qurulur

Ukrayna boyu 2000-dən çox məktəb binası dağıdıldığı bir vaxt, təhsil işçiləri məktəbləri yenidən qurmağa və uşaqların həyatlarını normal axınına qaytarmağa çalışırlar.

Bohdanivka 20 gün boyunca Rusiyanın işğalı altında idi. Rusiya qüvvələri yerli məktəb və bağçanı baza və xəstəxanaya çevirmişdi. Ukrayna ordusu kəndi azad etməyə gələndə, ruslar məktəb obyektlərini yandıraraq, külə çevirdilər.

İş yerinin dağıntıları arasında gəzən məktəb direktoru gecə yeniyetmə qızı ilə birlikdə tarla və meşədən qaçdığından, geri qayıdanda isə məktəbin başına gələnləri görəndə nə qədər sarsıldığından danışır.

“Kənddəki məktəb və bağça – hər şeyin mərkəzidir. Ona görə də bu, kəndimizdə baş verən ən ağrılı hadisə idi. Məktəbin yandığını biləndə onun dağılmayacağına ümid etdik. Amma sonra öyrəndik ki, məktəbdən heç nə qalmayıb,” məktəb direktoru Ludmila Deyko deyir.

Bir zamanlar ofisi olan yerdə dayanan Ludmila Deyko məktəbinin texnoloji cəhətdən nə qədər inkişaf etmiş olduğundan və şadirglərini buraya qaytarmağı xəyal etdiyindən danışır. O, məktəbinin mümkün qədər tez bir zamanda yenidən qurulmasına çalışır.

Bu kənddə 300-dən çox məktəbli yeni məktəb ilində dərsə getməyib və yerli rəsmilər ailələrə yardım etməyə və uşaqların həyatlarına normallıq gətirməyə çalışırlar.

Yerli hökumətin təhsil sisteminə nəzarət edən Oleksandr Kutzenko deyir ki, bu kənddəki bütün uşaqlar təhsillərinə yaxınlıqdakı müəssisələrdə davam edirlər.

“Biz hazırda təhsil müəssisəsini bərpa etmək üzərində işləyirik. Biz başa düşürük ki, ölkə müharibə şəraitindədir və kifayət qədər pul yoxdur. Ona görə də bərpa işləri üçün investorların bizə yardım edəcəyinə ümid edirik,” Kutzenko deyir.

Hələlik, müvəqqəti həll yolu olaraq, bu yerli mədəniyyət klubu məktəb kimi fəaliyyət göstərmək üçün yenidən təşkil olunur. Keçmiş təhsil naziri Hanna Novosadın rəhbərlik etdiyi vətəndaş cəmiyyəti təşəbbüsü, SaveEd fondu, bu və ölkə boyu aparılan başqa layihələrə yardım edir.

“Rusiya təkcə Ukrayna xalqına qarşı deyil, təhsil sisteminə qarşı da müharibə aparır. Dağıntıların miqyasına baxanda, çox böyükdür və onların məktəblərimizi qəsdən məhv etdiklərini görməmək həqiqətən çətindir. Ölkə boyu 2000-dən çox məktəbə ziyan dəyib və Bohdanivka kimi məktəb və təhsilə çıxışın qalmadığı yüzlərlə kənd var. Onlar bunu həm də açıq şəkildə ideoloji səbəblərə görə edirlər,” keçmiş təhsil naziri Hanna Novosad deyir.

Dağıntılara baxmayaraq, uşaqlar üçün təhsil müəssisələrinə yenidən həyat verilir.

“Biz burada, belə desək, rəqəmsal öyrənmə məkanı təşkil edirik. Bu, bu kənddə yaşayan uşaqlar üçün məkan olacaq. Onların burada gələn həftə gələcək cihazlara və internetə çıxışları olacaq. Onlar burada ya tək başına dərs edə ya da onlayn dərslərə qatıla biləcəklər,” Novosad bildirir.

Uşaqlar və müəllimlər iştirak etmək və öyrənməyə həvəslidirlər. Hətta bazar günündə belə, uşaqlar zərər görmüş məktəblərinə geri dönürlər və icmalarının həyatların bərpa etmək səylərinə qoşulurlar.

XS
SM
MD
LG