Accessibility links

Ukraynanın elektrik şəbəkəsi Rusiyanın hücumundan sonra yavaş-yavaş bərpa edilir


Xarkiv, Ukrayna. 22 mart, 2024.
Xarkiv, Ukrayna. 22 mart, 2024.

Ukrayna hava qüvvələri şənbə günü bildirib ki, ölkə Rsiyanın cümə günü ölkənin enerji infrastrukturundan sonra bərpa olmağa çalışdığı bir vaxtda, Ukrayna qüvvələri gecə Rusiyanın atdığı 34 hücum dronundan 31-ni vurub.

Ordu bildirib ki, dronlar Ukraynanın mərkəzi, cənub, və cənub-şərq bölgələri üzəridə vurulub.

Rəsmilər şənbə günü bildiriblər ki, Moskva Kyivin müharibənin ölkənin elektrik şəbəkəsinə ən böyük hücumu olduğunu dediyi hücuma başlamasından bir gün sonra, enerji işçiləri hələ də bəzi ukraynalılar üçün elektriyi bərpa etməyə çalışırırlar.

Ukrayna prezidenti Volodimir Zelenski Telegram-da bildirib ki, ən çox zərər çəkmiş regionlarda “elektrik enerjisi təchizatı üçün texniki imkanlar” bərpa edilib. Lakin xüsusilə ağır zərbələrə məruz qalan Xarkiv bölgəsində vəziyyət çətin olaraq qalır.

Rusiyanın hücumu nəticəsində ən azı beş nəfər ölüb, 1 milyondan çox insan elektriksiz qalıb. Hücum zamanı Ukraynanın ən böyük bəndinə zərbə endirilib.

Bu arada isə şənbə günü Ukraynanın Rusiyanın Belqorod bölgəsinə hava hücumu nəticəsində iki nəfər ölüb, yeddi nəfər xəsarət alıb. Bu barədə bölgə qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

“Bu, çətin səhər olmağa başlayır,” Qladkov Telegram-da yazıb.

Ukraynanın gecə Rusiyanın Samara bölgəsinə dron hücumu böyük neft emalı zavodunda yanğına səbəb olub.

Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində bildirib ki, qüvvələri Ukraynanın Donets regionunda Krasnoye kəndinin nəzarətini ələ keçirib

Forum

XS
SM
MD
LG