Accessibility links

Ukrayna qüvvələri ölkənin şərqində mühüm bir şəhəri geri alıblar


Ukrayna qüvvələri Ukraynanın Donetsk regionunda mühüm Liman şəhərini geri alıblar. Bununla da onlar Moskvanın bölgəni və Ukraynaın şərqi və cənub-şərqində daha üç regionu ilhaq etməsindən bir gün sonra rus əsgərlərini ərazidən qaçmağa məcbur ediblər.

Ukraynanın Müdafiə nazirliyi şənbə günü bildirib ki, qüvvələri “Limana daxil olur.”

“Ukraynanın Hava Hücum Qüvvələri Donetsk bölgəsində Limana daxil olur,” nazirlik Twitter-də bildirib. Bundan bir neçə saat sonra Rusiyanın müdafiə nazirliyi qoşunlarının şəhərdən geri çəkildiyini bildirən bəyanatla çıxış edib.

Şənbə günü sosial mediada paylaşılan videoda şəhər ətrafındakı ukraynalı əsgərlərin bayraq dalğalandırdıqları, bir əsgərin “Liman Ukraynanın olacaq” dediyi göstərilir. Siverski Donets çayının sahilində yerləşən şəhər may ayında rusların əlinə keçib. O zamandan bəri oradakı dəmiryolu qovşağı Rusiya tərəfindən Ukraynanın şərqində Donetks regionunda döyüşən minlərlə əsgərini dəstəkləmək üçün əsas logistik mərkəz kimi istifadə olunub.

Ukraynanın Limanda əldə etdiyi irəliləyişlərə dair xəbər Ukrayna qüvvələr Ukraynanın şərqində Rusiyanın ələ keçirdiyi ərazilərin nəzarətini geri almaq üçün əks-hücum başladandan bir neçə həftə sonraya təsadüf edib.

Bu arada isə Ukrayna rəsmiləri deyib ki, Rusiya qüvvələri Ukryanın şimal-şərqindən qaçan insanları daşıyan karvana hücumda azı 20 nəfəri, o cümlədən 10 uşağı öldürüb. Hücumu müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

Bundan öncə isə cümə günü Zaporijye regionunda mülki karvana raket hücumu 30 nəfərin ölümü ilə nəticələnib.

Britaniyanın Müdafiə Nazirliyi şənbə günü bildirib ki, Ukraynada humanitar karvana hücumda istifadə olunan raket “çox güman ki, Rusiyanın yerüstü hücumda istifadə etdiyi uzaqmənzilli hava hücumundan müdafiə raketi olub.”

Nazirlik Twitter-də yerləşdirdiyi kəşfiyyat hesabatında bildirib ki, Zaporijyedə quru hücumunda “yüksək dəyəri olan resursdan istifadə “demək olar ki, ümumi sursat xüsusən də uzun mənzilli dəqiq raket çatışmazlığından irəli gəlib.”

Hesabatda deyilir ki, cümə günü, yəni Rusiya Prezidenti Vladimir Putin Ukraynanın dörd regionu, o cümlədən Zaporijyenin ilhaqını elan etdiyi gün baş verən hücum rusiyanın “indi öz vətəndaşları adlandırdıqları mülki vətəndaşları öldürməsi” ilə nəticələndi. “İşğal olunmuş ərazilərdən qohumlarını xilas etmək istəyən insanlara endirilən zərbələr nəticəsində 30 nəfər ölüb, ən azı 80 nəfər yaralanıb.” Mikolyivdə bir başqa hücymda azı üç nəfər ölüb, ən azı 12 nəfər yaralanıb.

“Qaniçən əclaf!” Ukrayna Prezidenti Volodimir Zelenski Telegram-da yazıb. “Siz mütləq cavab verəcəksiniz. Hər itirilmiş ukraynalının həyatına görə!”

Putin cümə günü Ukrayna regionlarının ilhaqını elan edib, baxmayaraq ki, Ukrayna ordusunun ölkənin şərqində əhəmiyyətli irəliləyişlər əldə etdiyini bildirib.

“Luhansk, Donetsk, Xerson və Zaporijye bölgələrində yaşayan insanlar həmişəlik bizim həmvətənlərimiz olur,” Putin Kremldə keçirilən mərasimdə bildirib.

Bundan əlavə cümə günü Purin Ukrayna regionlarının ilhaqını elan edəndən bir neçə saat sonra Zaporijye nüvə elektrik stansiyasının baş direktoru Rusiya rəsmiləri tərəfindən saxlanılıb. Bu barədə dövlətə məxusus Energoatom şirkəti şənbə günü yaydığı açıqlamada bildirib.

İhor Muraşov maşınından endirilib, gözləri bağlanıb və naməlum yerə aparılıb, Energoatom bildirib.

“Onun Rusiya tərəfindən saxlanılması Ukrayna və Avropanın ən böyük nüvə stansiyasının təhlükəsizliyini riskə atır, ” Muraşovun dərhal sərbəst buraxılmasını tələb edən Energoatomun Prezidenti Ptero Kotin deyib.

Zaporijye nüvə stansiyası ruslar tərəfindən zəbt edilib, ancaq obyekti hələ də ukraynalılar işlədirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG